×+ Vakansiya yerləşdir+ CV yerləşdirBaş səhifəHaqqımızdaİstifadəçi qaydalarıSaytda reklamBizimlə çalışmaq istəyən şirkətlər üçünŞirkət hesabı nə üçün yaradılmalıdır ?VİP vakansiya nədir?Vakansiyanı irəli çəkmək nədir?Bizimlə əlaqə / Texniki dəstək

Forbes: Bu bloqçu bütün dünya üzrə səyahət edərək, ildə 300 min dollardan çox pul qazanır

Forbes: Bu bloqçu bütün dünya üzrə səyahət edərək, ildə 300 min dollardan çox pul qazanır xeberler Aprel 15, 2019

Forbes: Bu bloqçu bütün dünya üzrə səyahət edərək, ildə 300 min dollardan çox pul qazanır xeberler 260

Forbes: Bu bloqçu bütün dünya üzrə səyahət edərək, ildə 300 min dollardan çox pul qazanır xeberlerBiznes xəbərlər

Forbes: Bu bloqçu bütün dünya üzrə səyahət edərək, ildə 300 min dollardan çox pul qazanır xeberler

Sorelle Amore – ekoloji həyat tərzini təbliği ilə məşğul olan və dünya üzrə səyahət edən YouTube sosial şəbəkəsinin bloqçusudur.

O, videolarının əksər hissəsini açıq havada çəkərək, minimalizmi təbliğ etməklə və ya izləyiciləri ilə ideal selfi şəkillərinə dair məsləhətlərini bölüşür. 

Gənc bloqçunun məşhurluq qazanmasına baxmayaraq, müvəffəqiyyət heç də bu qədər əlçatan deyildi. İyirmi yaşında olan bu gənc, peşəsini dəfələrlə dəyişməyə məcbur olub. O, marketinq sahəsində çalışıb, dəb sahəsində biznes açıb və hətta nüfuzlu bir foto agentliyində iş əldə edib.

Lakin, Sorella Amore bu işlərin heç birindən razı ola bilməmişdir.  27 yaşı tamam olandan sonra, o, Avropaya bilet alaraq İslandiyaya köçür və öz karyerasını YouTube şəbəkəsində qurmağı düşünür.

Fikirlərin liderinə aparan yol

İslandiyada Amore hiss etdi ki, bu qərar onun daxilində qorxu hissinin yaranmasına səbəb oldu. Tanımadığı bir ölkəyə köçdüyünə görə, o, bir sıra çətinliklərlə üzləşməli olmuşdur.

Bir müddət sonra, qardaş ona “Dünyanın ən gözəl işi” yarışması haqqında xəbər verdi. Amore bu yarışmada iştirak edərək, 17 min digər iştirakçıya qalib gələ bilmişdir.

O, 12 ölkə üzrə səyahət edərək, gözəl evlərin şəkil və videolarını çəkməli idi.

Bu işinə görə Amore ayda 10 min dollar pul alırdı.

Belə həyat MDB ölkələrinin birində yaşayan insan üçün ideal sayıla bilər. Amore Sorelle, Ficidən tutmuş Dominikan Respublikasına qədər uzun bir yol keçərək, səyahət etməyi çox sevdiyini anladı. O istəyirdi ki, kanalı fərqli bir istiqamətdə fəaliyyət göstərsin.

Amore öz saytında nəyisə reklam etmək istəmirdi, biz onu “tərs bloqçu” adlandıra bilərik.

Bunun əvəzində, Amore, ADVANCED SELFIE UNIVERSITY brendini yaradaraq, öz diqqətini fotoşəkillər üzərində cəmləşdirdi.

Gənc bloqçu bədən tipinə uyğun olaraq geyinməyi, vizual baxımından cəlbedici görünən Instagram kanalının yaradılmasına dair materiallar təqdim edir, portfolio kimi isə öz Instagram səhifəsini göstərir.

Fərqli baxış və pozitivlik sayəsində, onun yerləşdirdiyi videolar çox məşhur olmuşdur.  Belə ki, cəmi 3 ay ərzində izləyicilərin sayı 300 minə çatdı.

YouTube şəbəkəsinə daxil olmaq

Əgər siz də YouTube şəbəkəsində bloqçu olmağı düşünürsünüzsə, izləyicilərə nə təklif edə biləcəyiniz haqda düşünün. Amore deyir: “Biz çox qəribə bir zəmanədə yaşayırıq, hər hansısa bir işdə müvəffəq olmaq üçün heç bir istedada ehtiyac yoxdur, lazım olan tək şey fərdiyyətdir”.

“İndi hər şey daha çətindir, çünki YouTube -a gələnlərin sayı get-gedə artır”, – deyə Amore əlavə edir.

Dünyanı səyahət edərkən Amore gün ərzində video və fotoşəkilləri çəkməli, gecə isə onları redaktə etməli idi. Bu çox yorucu idi, amma daxili intizam onun  yaradıcısı kimi inkişaf etməsinə kömək etdi.

Minimalizmin formalaşması

Çox səyahət edən Amore, çamadanlar üzərində yaşamağa artıq öyrəşmişdir. O başa düşdü ki, insan səyahət edərkən özü ilə yalnız zəruri əşyaları götürməlidir. Beləliklə, minimalizm onun həyatında aparıcı yer aldı.

Onun sözlərinə görə, minimalizm məhdudlaşmır, əksinə, bizə diqqəti əsas şeylərin üzərində cəmləşdirməyə kömək edir.

O, həmçinin ekoloji həyat tərzini müdafiə edir. Minimalizmi qəbul etdikdən sonra, Amore, plastikdən azad həyat tərzi ilə maraqlanmağa başladı. Əslinə bu heç də asan iş deyil, çünki plastik qablaşdırmada olmayan məhsulları tapmaq çətindir.

YouTube-da səmərəlik

Amore tamaşaçılarını asanlıqla toplaya bilmişdir. Gənc bloqçu YouTube şəbəkəsinin toksik və gəlirinizin daim dəyişən bir alqoritmə bağlı olan halda təhlükəli olduğunu söyləyir. O, YouTube kanalı ilə kəsişən biznes ilə məşğul olmağı tövsiyə edir.

Ötən ildə Amore Sorella-nın gəliri 300 min dollar təşkil edib, bu gəlirin 60%-i şəxsi biznes, 35%-i sərmayə, 5%-i isə kanalın payına düşür.

“Brendləri diqqətlə seçirəm..”, – deyən Amore cəmi 4-5 şirkət ilə əməkdaşlıq edir.

Bu nə deməkdir? Bu o deməkdir ki, o, ilk növbədə brend kimi özünü irəli sürür. 

Özünə sərmayə

Amore qazancından qürur duyur və nə zamansa sevdiyi bir işdən qazanc əldə edə biləcəyinə inanmadığını etiraf edir.

Eyni zamanda, tanınmış bloqçu media platformalarının qeyri-sabitliyini də qeyd edərək bildirir ki, öz pulunu rasional şəkildə xərcləyir.

“Mən maşın istəmirəm və ümumiyyətlə dəb dalınca qaçan insanlardan deyiləm. Mən ya öz təhsilimə, ya da biznesimə sərmayə qoyuram”, – Amore deyir.

“Mən bütün bunları daimi gəlirə çevirməliyəm. Bəzi insanlar düşünürlər ki, populyarlıq ölümsüzdür, bu belə deyil”.

Belə yanaşma MDB ölkələri üçün yaddır, çünki adətən bu regionda yaşan insanlar populyarlıq qazandıqdan sonra özünə dərhal bahalı maşın, ev və digər əşyalar alır.

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 15-04-2019
Cv yerləşdir
Vakansiya yerləşdir