Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 3, 7 gün — 88, ay — 452 yeni elan

Facebook artıq qeydiyyat zamanı elektron poçt ünvanının şifrəsini tələb edir

Facebook artıq qeydiyyat zamanı elektron poçt ünvanının şifrəsini tələb edir xeberler Aprel 04, 2019

Facebook artıq qeydiyyat zamanı elektron poçt ünvanının şifrəsini tələb edir xeberler 186

Facebook artıq qeydiyyat zamanı elektron poçt ünvanının şifrəsini tələb edir xeberlerBiznes xəbərlər

Facebook artıq qeydiyyat zamanı elektron poçt ünvanının şifrəsini tələb edir xeberler

    Facebook yeni istifadəçi hesablarının qeydiyyatı zamanı insanlardan onların elektron poçt ünvanlarının şifrələrini tələb etməyə başlayıb. Buna ilk olaraq e-sushi ləqəbli kibertəhlükəsizlik mütəxəssisi fikir verib. Bu barədə Rusbase saytı xəbər verib. “Facebook, istifadəçi hesabının təsdiqi və ya başqa niyyətlər üçün şəxsi elektron poçt ünvanının şifrəsini tələb edir. Bu, informasiya təhlükəsizliyi baxımından çox pis ideyadır. Bu üsulla siz, bilməli olmadığınız şifrələri yığırsınız” – deyə mütəxəssis qeyd edib.

    Facebook e-sushi ləqəbli kibertəhlükəsizlik mütəxəssisinin elektron poçt ünvanını təsdiqləmək üçün həmin elektron poçt ünvanının şifrəsini tələb edib. Baxmayaraq ki, sosial şəbəkə ona “Bunun necə çalışdığını yoxlayın” özəlliyini təqdim etsə də həmin özəllik çalışmayıb. Daily Beast saytına şərhində Facebook təmsilçisi etiraf edib ki, istifadəçilərin elektron poçt ünvanlarının təsdiqi üçün onlardan elektron poçt ünvanlarının şifrələrini tələb etmək həqiqətən də yaxşı ideya olmayıb. Sosial şəbəkə bu funksiyanın aradan qaldırılacağına söz verib.

    Bundan əlavə olaraq Facebook bildirib ki, o, yığılmış şifrələri özündə saxlamayıb və bununla yanaşı istifadəçilərə elektron poçt ünvanlarının təsdiqi üçün digər üsulları da təqdim edib. Məlumata əsasən elektron poçt ünvanının şifrəsinin tələb olunması problemi ilə nə qədər insanın qarşılaşdığını söyləmək çətindir. Güman olunur ki, sosial şəbəkə yalnız nadir elektron poçt servislərindən istifadə edən insanlardan elektron poçt şifrəsini tələb edib.

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 04-04-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.