×+ Vakansiya yerləşdirBaş səhifəHaqqımızdaİstifadəçi qaydalarıSaytda reklamBizimlə çalışmaq istəyən şirkətlər üçünŞirkət hesabı nə üçün yaradılmalıdır ?VİP vakansiya nədir?Vakansiyanı irəli çəkmək nədir?Bizimlə əlaqə / Texniki dəstək

"Facebook" şirkəti özünün kriptovalyutası yaratmağı planlaşdırır

"Facebook" şirkəti özünün kriptovalyutası yaratmağı planlaşdırır xeberler Aprel 10, 2019

"Facebook" şirkəti özünün kriptovalyutası yaratmağı planlaşdırır xeberler 183

"Facebook" şirkəti özünün kriptovalyutası yaratmağı planlaşdırır xeberlerBiznes xəbərlər

"Facebook" şirkəti özünün kriptovalyutası yaratmağı planlaşdırır xeberler

 Facebook şirkəti vençur investorların vəsaitləri hesabına özünün kriptovalyutasını istifadəyə verməyi planlaşdırır. The New York Times saytının jurnalisti Nathaniel Popper-in Facebook-dakı mənbələrinə istinadən verdiyi məlumata əsasən, bunun üçün şirkətə 1 milyard dollar investisiya lazım olacaq. Bu barədə Rusbase saytı xəbər verib. Popper-in məlumatlarına əsasən investorların vəsaitlərindən Facebook şirkəti öz kriptovalyutasının zəmanəti üçün istifadə etmək istəyir. Kriptovalyutanın məzənnəsi isə bank hesablarında olan xarici valyutalara birləşdiriləcək.

    Popper-in Facebook şirkətində olan mənbələrinin verdikləri məlumatlara əsasən Facebook özünün kriptovalyuta layihəsini desentrəlizə və yalnız Facebook-un idarəsində olmayan kimi təqdim etmək üçün xarici investorları cəlb etmək istəyir. Qeyd etmək lazımdır ki, Facebook-un öz kriptovalyutasını yaratmaq planı hələ keçən ilin dekabr ayında ortaya çıxmışdı. Həmin vaxtda Bloomberg saytının mənbələri bildirmişdilər ki, Facebook öz kriptovalyutasından Whatsapp-da pul köçürmələrini reallaşdırmaq üçün istifadə edəcək və həmin kriptovalyuta ABŞ dollarına birləşdiriləcək.

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 10-04-2019