Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 19, 7 gün — 128, ay — 541 yeni elan

Ən çox xristian və müsəlman əhalisi yaşadığı dövlətlərin siyahısı tərtib olunub

Ən çox xristian və müsəlman əhalisi yaşadığı dövlətlərin siyahısı tərtib olunub xeberler Aprel 03, 2019

Ən çox xristian və müsəlman əhalisi yaşadığı dövlətlərin siyahısı tərtib olunub xeberler 111

Ən çox xristian və müsəlman əhalisi yaşadığı dövlətlərin siyahısı tərtib olunub xeberlerBiznes xəbərlər

Ən çox xristian və müsəlman əhalisi yaşadığı dövlətlərin siyahısı tərtib olunub xeberler

“İlk onluq” siyahıları çox vaxt kifayət qədər maarifləndirici və faydalı informasiya verir. Ən böyük xristian və müsəlman əhaliyə malik ölkələrin siyahısı bu dini qrupların müxtəlifliyini və sıxlıq fərqini göstərir, habelə ən böyük dünyəvi dinlərdə baş verəcək dəyişiklikləri proqnozlaşdırır.

Bu iki siyahı göstərir ki, müsəlmanlar ən çox islam dininin əsas məskunlaşma mərkəzlərində toplaşıb, nəinki ənənəvi xristianlıq mərkəzlərində xristian əhali. Xristianlar daha çox bütün dünyaya səpələnib. Qeyd etmək lazımdır ki, müsəlmanların təxminən üçdə ikisi (65%) ən böyük müsəlman əhaliyə malik onluğa daxil olan ölkələrdə yaşayır. Xristianlarda isə bu göstərici sadəcə 48% təşkil edir.

Başqa şəkildə də söyləmək olar: xristianların yarıdan çoxu (52%) ən böyük xristian əhaliyə malik 10 ölkənin hüdudları kənarında yaşayır. Müsəlmanlara gəldikdə, onlarda bu göstərici 35%-dir. Mütləq şəkildə ifadə etsək, dini məskunlaşma səviyyəsinə görə ilk onluğa düşməyən ölkələrdə yaşayan xristianların sayı (1,2 milyard) eyni xarakteristikaya malik müsəlmanlardan (609 milyon) iki dəfə çoxdur.

Top onluğa düşən bəzi ölkələrdə başqa dinin kiçik qrupları da yer alıb. Məsələn, müsəlman əhalinin sayına görə dünyada ikinci yeri tutan Hindistanda islam azlığın dini (15%)  hesab edilir. Burada çoxluq induizmə sitayiş edir. Nigeriya xristian əhalinin sayına görə (87 milyon) altıncı, eyni zamanda müsəlman əhalinin sayına (90 milyon) görə beşinci yerdə qərarlaşıb.

Bu siyahılar həmçinin ardıcılların məskunlaşma mərkəzlərinin dinlərin yarandığı tarixi və ənənəvi yerlərdən nə qədər uzaq olduğunu göstərir. Müsəlman ölkələrin ilk beşliyi Yaxın Şərqdə deyil, Cənub və Cənub-Şərqi Asiyada, eləcə də Afrikada Saharadan cənubda yerləşir. Xristian ölkələrin ilk üçlüyü isə Yaxın Şərq və ya Avropada deyil, Amerika qitəsində cəmlənib.

Ümumilikdə bu gün dünyada təxminən 2,3 milyard xristian və 1,8 milyard müsəlman yaşayır. 2060-cı ilədək bu fərq azalmalıdır. “Pew” araşdırma mərkəzinin proqnozlarına əsasən, həmin vaxta kimi dünyada 3 milyard xristian və təxminən 3 milyard müsəlman olacaq. Məsələ ondadır ki, orta hesabla müsəlmanlar xristianlardan daha cavandır və daha çox uşaq dünyaya gətirir.

İndiki dövrlə müqayisədə 2060-cı ildə müsəlman əhalisinin sayına görə ilk onluğa düşən ölkələrdə yaşayan müsəlmanların sayı daha az olacaq (indi 65% olduğu halda gələcəkdə 65% olacaq). Bu arada, xristianlarda bu göstərici dəyişməz olaraq qalmalıdır (48%).

2060-cı ildə bu siyahılar başqa baxımdan da dəyişikliyə uğrayacaq. Həmin vaxta kimi Hindistan İndoneziyanı geridə qoyaraq, müsəlman əhalinin sayına görə ən böyük ölkə olmalıdır. Bununla belə, Hindistanın müsəlman əhalisi azlıq olaraq qalacaq (19%), çünki üstünlük induistlərdə olacaq.

Xristian əhalinin sayına görı ən böyük ölkə ABŞ-dır. 2060-cı ildə də ABŞ bu mövqeyini qoruyub saxlayacaq. Bu gün top-onluğa düşməyən Tanzaniya, Uqanda və Keniya bu siyahıya düşəcək, Rusiya, Almaniya və Çin isə ilk onluğu tərk edəcək.

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 03-04-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.