Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 20, 7 gün — 135, ay — 475 yeni elan

Dünyanın ən varlı qadınları və onların varlanma yolları

Dünyanın ən varlı qadınları və onların varlanma yolları xeberler Aprel 22, 2019

Dünyanın ən varlı qadınları və onların varlanma yolları xeberler 1167

Dünyanın ən varlı qadınları və onların varlanma yolları xeberlerBiznes xəbərlər

Dünyanın ən varlı qadınları və onların varlanma yolları xeberler

Dünyanın ən varlı adamının boşanma xəbəri yayılanda hamıya aydınıydı ki, əmlak bölgüsü zamanı çox böyük məbləğlərdən söhbət gedəcək.

Ötən həftə Amazon şirkətinin qurucusu Jeff Bezos və arvadı MacKenzie ailə kapitalının necə bölüşdürülməsiylə bağlı razılığa gəldilər.

MacKenzie Bezos Amazon-da 4 faizlik paya sahib olacaq.

Bu, 35,6 milyard dolar deməkdir. Beləliklə, Forbes jurnalının versiyasına görə MacKenzie dünyanın ən varlı 24-cü adamı olacaq, qadınlar arasında isə üçüncü yeri tutacaq.

Bəs, dünyanın ən varlı qadınları siyahısında kimlər var?

Bu siyahıya onlar necə daxil olublar?

1. Françoise Bettencourt-Meyers

Sərvəti: 49,3 milyard dollar. Forbes jurnalının siyahısında 15-ci yerdədir.

Françoise kimdir?

Sərvəti ona anasından miras qalıb – Liliane Bettencourt L’Oreal parfümeriya və kosmetika şirkətinin sahibi olub. Hazırda Françoise şirkətdə 33 faiz paya sahibdir.

Anasıyla onun münasibətləri heç də yaxşı olmayıb, hətta ana-bala 2007-ci ildə məhkəmədə çəkişiblər də.

Françoise məhkəmədə iddia edib ki, anasının səhhəti getdikcə pisləşir və ətrafındakılar bundan istifadə edib maliyyə baxımından onu istismar edirlər.

Onların əlaqələri Liliane Bettencourt-un ölümündən bir neçə il əvvəl bərpa olunub.

65 yaşlı Françoise həm də araşdırmaçılıq fəaliyyətiylə məşğuldur, yunan tanrıları və xristianlarla yəhudilər arasındakı əlaqələrlə bağlı bir neçə məqalə dərc etdirib.

2. Alice Walton

Sərvəti: 44.4 milyard dollar. Ən varlı adamlar siyahısında 17-ci yerdədir.

Alice kimdir?

69 yaşlı Alice Walton Walmart supermarketlər şəbəkəsinin sahibi Sam Waltonun yeganə qızıdır.

İki qardaşından fərqli olaraq şirkətin idarəçiliyində iştirak etməyib, incəsənətlə məşğul olub.

Arkanzas ştatının Bentonville şəhərindəki Amerika İncəsənəti Muzeyinin İdarə Şurasının sədridir.

3. MacKenzie Bezos

Sərvəti: 35,6 milyard dollar. Bu, onun sadəcə Amazon şirkətindəki payının dəyəridir. Bütün sərvətinin nə qədər olduğunu günlərin birində bizə Forbes deyəcək.

MacKenzie Bezos kimdir?

MacKenzienin 48 yaşı var. Jeff Bezos-la 1993-cü ildə evləniblər – hedc-fondda birlikdə çalışdıqları zamanlarda.

Onların 4 uşağı var.

Qızlıq soyadı Tuttle olan MacKenzie əslən Kaliforniyadandır, Amazon-un ilk işçilərindəndir. İki roman yazıb.

Bundan başqa, o, zorakılığa qarşı mübarizə məqsədilə Bystander Revolution adlı qeyri-hökumət təşkilatı da yaradıb.

4. Jacqueline Mars

Sərvəti: 23,9 milyard dollar. Ən ən varlı adamlar siyahısında 33-cü yerdədir. Amma Bezos-ların boşanmasından sonra bir pillə geriləmiş ola bilər.

Jacqueline kimdir?

79 yaşlı Jacqueline Mars Mars şirkətinə aid səhmlərin üçdə birinə sahibdir.

Bir çox başqa şeylərlə yanaşı, bu şirkət həm də məşhur Mars şokoladlarını istehsal edir. “Mars” 1911-ci ildə Jacquelinein babası Frank Mars tərəfindən qurulub.

Jacqueline şirkətdə 20 il işləyib və 2016-cı ilə qədər Direktorlar Şurasının üzvü olub.

Hazırda o, xeyriyyəçiliklə məşğuldur, Washington Milli Operasının və Milli Arxivin direktorlar şuralarının üzvüdür.

“Mars” ABŞ-ın ev heyvanları üçün yem istehsal edən ən böyük şirkətidir.

5. Yan Huiyan

Sərvəti: 22,1 milyard dollar. Çinin ən varlı qadını, dünyanın 42-ci varlı adamıdır.

Yan kimdir?

Country Garden Holdings adlı tikinti və inkişaf şirkətinə aid aksiyaların böyük hissəsi ona məxsusdur. Şirkətin saytında yer alan məlumatlara görə, Country Garden Holdings böyüklüyünə görə tikinti şirkətləri arasında dünyada 3-cüdür.

Yan Huiyan Ohayo Universitetində oxuyub. Şirkət səhmlərinin 57 faiz-i ona atasından miras qalıb.

6. Susanne Klatten

Sərvəti: 21 milyard dollar. Ən varlı adamlar siyahısında 42-ci yerdədir.

Susanne kimdir?

56 yaşlı Almaniya sakini əczaçılıq və avtomobil istehsalı şirkətlərindəki səhmləri sayəsində varlanıb.

Valideynlərinin vəfatından sonra Altana AG kimya şirkətinə aid səhmlərin 50faiz-i ona miras qalıb. O və qardaşı BMW şirkətində də 50 faiz paya sahibdirlər.

Sonralar Susanne Altana AG şirkətini bütünlüklə sahiblənib. Eyni zamanda, bir çox başqa şirkətlərin də səhmlərini alıb.

7) Laurene Powell Jobs

Sərvəti: 18,6 milyard dollar. Ən varlı adamlar siyahısında 54-cü yerdədir.

Laurene kimdir?

Apple şirkətinin qurucularından biri olan Steve Jobs-un arvadı. Ərinin ölümündən sonra Laurene və onun ailəsinə Apple və Disney şirkətlərindən 20 milyard dollarlıq sərvət miras qalıb.

Bundan sonra 55 yaşlı Laurene jurnalistika sahəsinə investisiya qoyaraq Atlantic jurnalına aid səhmlərin böyük qismini alıb.

Eyni zamanda, Mother Jones və ProPublica-ya da vəsait qoyub.

Laurene təhsildə və miqrasiya qanunvericiliyində islahatlar üçün mübarizə aparan təşkilatlara da yardım edir.

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 22-04-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.