Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 3, 7 gün — 88, ay — 452 yeni elan

Dünyada ən uzun avtomobil magistrallarının top 8-liyi

Dünyada ən uzun avtomobil magistrallarının top 8-liyi xeberler Aprel 10, 2019

Dünyada ən uzun avtomobil magistrallarının top 8-liyi xeberler 616

Dünyada ən uzun avtomobil magistrallarının top 8-liyi xeberlerBiznes xəbərlər

Dünyada ən uzun avtomobil magistrallarının top 8-liyi xeberler

Sürətli avtomagistrallar – hər ölkənin inkişafının əsas faktorlarından biridir. Bu əsasən böyük ərazili ölkələrə aiddir.

Məhz buna görə də belə ölkələrin hakimiyyət orqanları ölkənin bütün regionlarını bir-biri ilə əlaqələndirən magistral yollar salmağa çalışırlar.

Aşağıda biz dünyanın ən uzun yollarından danışacağıq.

  1. BR-153, Braziliya

BR-153 və ya Transbraziliya avtomagistralı  Braziliyanın demək olar ki, şimaldan ( Maraba şəhəri, Para ştatı)  cənuba ( Braziliyanın Uruqvayla sərhədi) doğru bütün ərazisindən keçir. Yolun uzunluğu 4,355 km – dir.

  1. National Highway 44 ,Hindistan

Avtomagistral 44 Hindistanın şimalı ilə cənubunu ayıran ən uzun yoludur.

Yol şimaldan Srinaqar şəhərindən başlayıb cənubda Kanyakumari ilə bitir.

  1. Route 20, ABŞ

ABŞ-ın ən uzun yolu U. S. Route 20 və ya sadəcə US20 adlanan yoludur. O Sakit okean sahillərindən 800 km aralıda yerləşən Oreqon ştatının Nyuport şəhərindən başlayıb Bostonun Kenmor meydanında qutarır.

Bu yol 12 ştatdan, Oreqonun yaşıl meşələrindən, çöllərdən, dağlardan, təpələrdən, sahələrdən və meşələrdən, Niaqara şəlaləsinin yaxınlığından keçir, Çikaqonu əhatə edir, lakin əsas səyahət Yellouston parkının payına düşür.

  1. National Highway G010, Çin

Avtoyollar şəbəkəsinin ümumi uzunluğuna görə Çin dünyada ABŞ-dan sonra ikinci yeri tutur.

Əsas National Highway 010 avtoyolunun uzunluğu 5700 km-dir.

Yol ölkənin kontinental ərazisinin şimal-şərqində başlayıb Xaynan adasında qurtarır.

  1. Trans- Canada Highway, Kanada

Trans-Canada Highway magistralı ( həmçinin frankofonlara Route Transcanadienne kimi məlum olan) ölkənin simvolu hesab oluna bilər: Kanadanın “Dənizdən dənizə” devizi elə bu system haqqındadır. Maraqlısı ondadır ki, əgər sizin  Transkanada şossesindən yolunuz düşsə, siz iki istiqamətdən birini – cənub ya da şimal-ı seşməli olacaqsınız.

Birinci marşrutun yolu Viktoriya şəhərindəki Duqlas-strit и Dallas-road küçələrinin kəsişməsindən başlayıb  Vankuver adasında bitir. Şimal marşrutu Yellouxed şossesidir,150 mil şimalda yerləşən  Qreyam adasından başlayır. Hər iki halda sizə qitəyə çatmaq üçün Sakit okeanı keçmək lazım gələcək.

  1. Trannsibir şossesi, Rusiya

Rəsmi xəritələrdə belə avtomobil yolları demək olar ki mövcud deyil.

Lakin Baltikadan Yapon dənizinə kimi olan bir neçə magistral yolu birləşdirsək,  tək bir 11 min km.-lik federal yol olar.

  1. Highway 1, Avstraliya

Digərlərindən fərqli olaraq, bu yol qitədən keçmir, onun əhatəsi bütün Avstraliya sahillərindən ibarətdir.

Sistemin ayrıca bir hissəsi Tasmaniya adasını kəsir – Highway 1 (Tasmania) adanın cənubundakı Xobart şəhərindən keçib  onun şimal sahilinə gedir.

Hal-hazırda Highway 1 magistralını təşkil edən yollar müxtəlif vaxtlarda salınıblar , lakin 1955 – ci ildə, Avstraliyada yeni avtomatlaşdırılmış nömrələndirmə sistemi işə başlayanda onlar bir ad altında birləşiblər.

Bu yolun qitə sahəsi ölkənin Paytaxt ərazisndən başqa bütün ştatlarını və bölgələrini birləşdirir, əksər iqlim zonalarından keçir və Avstraliyanın əsas nəqliyyat yolu kimi bilinir: gün ərzində milyondan çox avtomobil bu yoldan istifadə edir ( Avstraliyanın özündə 24 milyona yaxın əhali yaşayır).

1 . Panamerika şossesi, bəzi ölkələr

Ginnesin rekordlar kitabına salınan dünyanın ən uzun avtomagistralı. Yolun uzunluğu 48 min km. dir, 15 olkənin ərazisindən keçir.

Panamerikan şossessinin tikintisinə 1889-cu ildə başlanıb.

Qeyd etmək olar ki,ABŞ və Kanadanın rəsmi xəritələrində “Panamerikan şossesi” adlı yol yoxdur, hərçənd ki, yol bu ölkələrin ərazisindən keçir.

 

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 10-04-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.