×+ Vakansiya yerləşdirBaş səhifəHaqqımızdaİstifadəçi qaydalarıSaytda reklamBizimlə çalışmaq istəyən şirkətlər üçünŞirkət hesabı nə üçün yaradılmalıdır ?VİP vakansiya nədir?Vakansiyanı irəli çəkmək nədir?Bizimlə əlaqə / Texniki dəstək

Dünya üzrə aparılan pul köçürmələrinin həcmində artış müşahidə olunur

Dünya üzrə aparılan pul köçürmələrinin həcmində artış müşahidə olunur xeberler Aprel 10, 2019

Dünya üzrə aparılan pul köçürmələrinin həcmində artış müşahidə olunur xeberler 172

Dünya üzrə aparılan pul köçürmələrinin həcmində artış müşahidə olunur xeberlerBiznes xəbərlər

Dünya üzrə aparılan pul köçürmələrinin həcmində artış müşahidə olunur xeberler

Ötən il aşağı və orta gəlirli ölkələrə edilən pul köçürmələrinin həcmi rekord səviyyəyə çatıb.

Dünya Bankının dərc etdiyi araşdırmaya  verdiyi məlumata görə, miqrantlar tərəfindən aparılan pul köçürmələrinin həcmi ötən il 529 mlrd. ABŞ dolları səviyyəsində olub ki, bu da 2017-ci ilin göstəricisini (483 mlrd. dollar) 9,5% üstələyir.

Bu il pul köçürmələrinin həcmi 550 mlrd. dollara çatması gözlənilir ki, bu da aşağı və orta gəlirli ölkələr üçün ən böyük xarici maliyyələşmə mənbəyi olacaq.

 

Dünyada, o cümlədən yüksək gəlirli ölkələrə daxil olan pul köçürmələrinin ümumi məbləği 2018-ci ildə 689 mlrd. dollara çatıb. Bu göstərici 2017-ci ildə 633 mlrd. dollar təşkil edib.

Dünya Bankının tədqiqatında qeyd olunub ki, iqtisadi fəaliyyətdə davamlı artım pul köçürmələrinin əsas mənbəyi olan Polşa, Rusiya, İspaniya və ABŞ-dan edilən pul köçürmələrinin artmasına gətirib çıxarıb.

Bölgədəki köçürmələrin ən böyük alıcısı Ukraynadır. 2018-ci ildə bu ölkəyə edilən pul köçürmələrinin həcmi 2017-ci illə müqayisədə 19% artaraq rekord həddə – 14 mlrd. dollara çatıb.

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 10-04-2019