×+ Vakansiya yerləşdirBaş səhifəHaqqımızdaİstifadəçi qaydalarıSaytda reklamBizimlə çalışmaq istəyən şirkətlər üçünŞirkət hesabı nə üçün yaradılmalıdır ?VİP vakansiya nədir?Vakansiyanı irəli çəkmək nədir?Bizimlə əlaqə / Texniki dəstək

Çində ƏDV-nin aşağı düşməsi səbəbiylə Apple məhsullarının ucuzlaşması

Çində ƏDV-nin aşağı düşməsi səbəbiylə Apple məhsullarının ucuzlaşması xeberler Aprel 02, 2019

Çində ƏDV-nin aşağı düşməsi səbəbiylə Apple məhsullarının ucuzlaşması xeberler 259

Çində ƏDV-nin aşağı düşməsi səbəbiylə Apple məhsullarının ucuzlaşması xeberlerBiznes xəbərlər

Çində ƏDV-nin aşağı düşməsi səbəbiylə Apple məhsullarının ucuzlaşması xeberler

Apple Çindəki onlayn mağazasında iPhone, iPad, Mac və AirPods qurğularının qiymətlərini təxminən 6% azaldıb. Bu, ölkədə ƏDV-nin azalması ilə əlaqədar olmuşdur.

Xatırladaq ki, dördüncü rübdə Apple şirkətinin gəliri 5 milyard dollar düşüb, qiymətlərdə müşahidə olunan ucuzlaşma da bununla bağlı olmuşdur. 1 apreldən etibarən Çinin  Tmall və JD.com riteylerləri də şirkətin məhsullarının qiymətlərini kəsmişdir. Hal-hazırda, Çinin xarici istehsalçıları üçün ƏDV 16% yerinə 13% təşkil edir. Ayın başlanğıcından etibarən, iPhone XR smartfonunun qiyməti 29 mart tarixinə nisbətən 4,6% azalıb.

Hong Kong və Tayvan da daxil olmaqla, 2018-ci ilin dördüncü rübündə Çinin payına Apple gəlirlərinin təxminən 15% -i düşür. Buna baxmayaraq, Apple-ın Çin bazarında gəlirləri 13,17 milyard dollardan 9 milyard dollara qədər azalmışdır.

Bloomberg-in daha əvvəl verdiyi məlumata görə, Apple dünyanın ikinci ən gəlirli şirkəti hesab olunur (59,5 milyard dollar), “Saudi Aramco” isə bu siyahıda 111,1 milyard dollarlıq xalis mənfəətlə birinci yer almışdır.

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 02-04-2019