Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 32, 7 gün — 145, ay — 550 yeni elan

Çin istehsalçıları Alibaba, Huawei və digər şirkətlərdə şikayətlərin işlənməsi üçün GitHub-da bir depo yaradıb

Çin istehsalçıları Alibaba, Huawei və digər şirkətlərdə şikayətlərin işlənməsi üçün GitHub-da bir depo yaradıb xeberler Aprel 10, 2019

Çin istehsalçıları Alibaba, Huawei və digər şirkətlərdə şikayətlərin işlənməsi üçün GitHub-da bir depo yaradıb xeberler 71

Çin istehsalçıları Alibaba, Huawei və digər şirkətlərdə şikayətlərin işlənməsi üçün GitHub-da bir depo yaradıb xeberlerBiznes xəbərlər

Çin istehsalçıları Alibaba, Huawei və digər şirkətlərdə şikayətlərin işlənməsi üçün GitHub-da bir depo yaradıb xeberler

“Həftə altı gün səhər saat 9-dan axşam saat 9-a kimi iş və sonra intensiv terapiyada müalicə”.

Çin istehsalçıları və texniki mütəxəssislər həddindən artıq iş günü problemini aradan qaldırmaq üçün GitHub-da depo yaradıblar. Bu barədə The Verge yazır.

Depo 996.İCU – bu, həftə ərzində səhər saat 9-dan axşam saat 9-a kimi qeyri-rəsmi iş günü cədvəlidir və  Çində məşhurluq qazanıb. Çin proqramistləri arasında belə bir deyim yayılıb – “ Həftədə altı gün səhər saat 9-dan axşam saat 9-a kimi iş , sonra isə intensiv müalicə (Work by ‘996’, sick in ICU).

“996” cədvəli minimum 60 saatlıq iş həftəsini təklif edir.

Depoda kodun yerinə Çinin Alibaba, Huawei, Bytedance, DJİ və digər iri şirkətlərində olan iş cədvəlinə şikayətlər qeyd olunub. Misal üçün deyə bilərik ki, iştirakçılar təsdiqləyirlər ki, Huawei-də işçiləri, ödənişli və ya analıq məzuniyyətindən könüllü imtina etməyə və illik mükafatlar əvəzində əlavə işləməyə çağırırlar.

“996” mədəniyyəti Alibaba-da və onun strukturlarında geniş yayılıb. Şirkətin işçilərdən  əlavə işləməyi tələb etməməsinə baxmayaraq, onlar bunu öz istəkləri ilə edirlər, belə ki, başa düşürlər ki, işə görə rəqabət yüksəkdir.

İctimai qaydalara görə, şirkətdə  əmək hüquqlarının pozulmasına görə bütün məlumatlar sənədlərlə, şəxsi imza ilə və ya pozuntularla bağlı xəbər linkləri ilə təsdiqlənməlidir. Bunun əvəzində onlar ekranı kameraya çəkməyi məsləhət görürlər. Təşəbbüskarlar həmçinin, istifadəçilərdən kimsə etibarsız hesab etdiyi halda hər hansısa şirkət haqqında məlumatı dəyişmək və ya silmək imkanını da təklif edirlər.

996.İCU təşəbbüskarının kim olduğu məlum deyil. İdeya anonim təsisatçıya məxsusdur, belə ki, o ilk dəfə layihəni  V2EX çin sosial platformasında işə salmışdır. Onun sözlərinə görə, belə gərgin iş qrafikinə görə işçilər nə istirahət edə , nə də ailələri ilə yetərincə vaxt keçirə bilirlər. GitHub-da deponun yaranmasından sonra layihə o qədər məşhurluq qazandı ki, onu digər dillərə həmçinin rus dilinə də tərcümə etdilər.

Çinin əmək qanunvericiliyində artıq iş saatına məhdudiyyət qoyulub: işəgötürən əməkdaşlardan həftədə 36, gündə isə 3 saatdan artıq işləməyi tələb edə bilməz. Əlavə iş saatına görə əməkhaqqı 150% nisbətində hesablanmalı, qeyri-iş günlərində işə çıxmasına görə isə əməkdaş sabit əmək haqqından dörd dəfə artıq maaş almalıdır.

Miçiqan Universitetinin çin tədqiqatlar Mərkəzinin direktoru Meri Qallaxer The Verge-yə müsahibəsində bildirib ki,qanunvericiliyin tələblərinə qarşı gedən boşluqlar da var. Onun sözlərinə görə, işəgötürənlər çinli əməkdaşların bölgü sistemindən sui-istifadə edə və onları mövsümi işçilər yaxud da əlavə iş saatı normalarının tətbiq olunmadığı ” ağ yaxalıqlılar” kimi rəsmiləşdirə bilərlər.

The Verge, GitHub-un əmək hüquqlarının pozulmasına görə şikayətini uğurlu adlandırıb, belə ki, bu Çinin İT – şirkətləri üçün ən vacib alətlərdən biridir ki, çox çeşidli açıq mənbələrə girişi təmin edir. Nəşrdə deyilir ki,  GitHub-u blok etmək cəhdləri işçilərdən daha çox işəgötürənlərə böyük ziyan vuracaq.

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 10-04-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.