Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 30, 7 gün — 146, ay — 553 yeni elan

Böyük Britaniyanın Rəqabət Təşkilatı iki böyük supermarket şəbəkəsinin birləşməsinə razılıq vermədi

Böyük Britaniyanın Rəqabət Təşkilatı iki böyük supermarket şəbəkəsinin birləşməsinə razılıq vermədi xeberler Aprel 25, 2019

Böyük Britaniyanın Rəqabət Təşkilatı iki böyük supermarket şəbəkəsinin birləşməsinə razılıq vermədi xeberler 54

Böyük Britaniyanın Rəqabət Təşkilatı iki böyük supermarket şəbəkəsinin birləşməsinə razılıq vermədi xeberlerBiznes xəbərlər

Böyük Britaniyanın Rəqabət Təşkilatı iki böyük supermarket şəbəkəsinin birləşməsinə razılıq vermədi xeberler

Böyük Britaniyanın Rəqabət Təşkilatı (CMA), ölkənin  iki böyük supermarket şəbəkəsi  – “Sainsburys” və “Asda”nın birləşməsinə razılıq verilmədiyini açıqlayıb.

Nəzarət qurumundan bildiriblər ki, ötən ilin aprel ayında birləşmək qərarı verən “Sainsburys” və “Asda”nın bu tələbinə, “istehlakçıların daha yüksək məhsul qiymətləri ilə qarşılaşmasına səbəb olacağına” görə razılıq verilmədiyi bildirilib.

Açıqlamada, qurumun qərarının Böyük Britaniyan hər iki pərakəndə şəbəkədən alış-veriş edən milyonlarla istehlakçının hüquqlarının qorunduğu vurğulanıb.

Ötən ilin aprel ayında “Sainburys”, ABŞ-ın pərakəndə nəhəngi “Walmart”ın payı olan ucuz marketlər şəbəkəsi “Asda” ilə birləşmək qərarı verdiyini bildirmişdi.

CMA ötən ilin avqust ayında “Sainsburys” və “Asda”nın birləşmək qərarına dair araşdırmanın başlanıldığını, bu prosesdə birləşmək qərarının istehlakçıların üzərində mənfi təsirlərinin olub-olmayacağının qiymətləndiriləcəyini bildirmişdi.

İngilis mətbuatında, daha əvvəl birləşmənin 7,3 milyard funt-sterlinq (10 milyard ABŞ dolları) qarşılığında həyata keçirildiyi qeyd edilmişdi.

“Sainburys”dən ötən ilin aprel ayında verilən açıqlamada, hər iki pərakəndə şəbəkəyə məxsus mağazaların bağlanmayacağı, işdən çıxarma olmayacağı qeyd edilmişdi. Birləşmədən sonra “Asda”nın sahibi olan “Wallmart”ın yeni yaradılacaq şirkətdə 42% paya sahib olacağı bildirilmişdi.

Birləşmə ilə “Sainsbury’s”in 2 min 800 mağaza ilə Böyük Britaniyanın supermarket bazarının təxminən 31,4%-lik hissəsinə təkbaşına nəzarət edəcək vəziyyətə gəlməsi planlaşdırılmışdı.

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 25-04-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.