Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 26, 7 gün — 125, ay — 470 yeni elan

Böyük Britaniya istifadəçiləri onlayn təhdidlərdən qoruyacaq tənzimləyici üzərində çalışır

Böyük Britaniya istifadəçiləri onlayn təhdidlərdən qoruyacaq tənzimləyici üzərində çalışır xeberler Aprel 08, 2019

Böyük Britaniya istifadəçiləri onlayn təhdidlərdən qoruyacaq tənzimləyici üzərində çalışır xeberler 102

Böyük Britaniya istifadəçiləri onlayn təhdidlərdən qoruyacaq tənzimləyici üzərində çalışır xeberlerBiznes xəbərlər

Böyük Britaniya istifadəçiləri onlayn təhdidlərdən qoruyacaq tənzimləyici üzərində çalışır xeberler

İstifadəçiləri onlayn təhdidlərdən qoruyan müstəqil tənzimləyici Böyük Britaniyada yaradılacaq, bu barədə Birləşmiş Krallığın rəqəmsal texnologiyalar, mədəniyyət, media və idman Nazirliyi məlumat veriblər.

İngilis hakimiyyəti, ilk növbədə, internetdə ekstremist materialların yayılmasına, zorakılığa, yetkinlik yaşına çatmayanlara qarşı cinayətkarlığa və pornoqrafiyanın qanunsuz növlərinə qarşı mübarizə aparmağı planlaşdırır. Nazirliyin məlumatına görə, ingilis hökuməti İngiltərəni onlayn fəaliyyət üçün ən etibarlı dövlətə çevirmək niyyətindədir.

“Müstəqil tənzimləyici mövcud standartların sərtləşdirilməsi məqsədilə yaradılacaq. İctimai mediayaya sahib olan şirkətlər üzərinə istifadəçilərin təhlükəsizliyini təmin edən alətlərin yeridilməsi öhdəliyi qoyulacaq. Bu kimi tələblər yerinə yetirilmədiyi halda isə şirkətlər üçün yüksək cərimə cəzası tətbiq olunacaq”, – deyə Nazirlik qeyd edir.  

Hazırda hökumət, tənzimləyicinin mövcud nazirliyin əsasında və ya ayrı bir qurum kimi qurulacağına dair qərar verir. Yeni qanun layihəsinin maliyyələşdirilməsi üçün yüksək texnologiyalı şirkətlərin yatırımlarından istifadə olunacaq.

Nazirliyin məlumatına əsasən, bazar ertəsi günü 12 həftə ərzində fəaliyyət göstərəcək yeni qurumun yaradılmasına dair məsləhətləşmə prosesi başlayacaq. Bu proses başa çatdıqdan sonra, tənzimləyicinin yaradılmasına dair qanun layihəsi ölkə parlamentinə təqdim ediləcək.

 

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 08-04-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.