Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 19, 7 gün — 114, ay — 458 yeni elan

Biznes kitabları oxumağın üstünlükləri

Biznes kitabları oxumağın üstünlükləri xeberler Aprel 15, 2019

Biznes kitabları oxumağın üstünlükləri xeberler 221

Biznes kitabları oxumağın üstünlükləri xeberlerBiznes xəbərlər

Biznes kitabları oxumağın üstünlükləri xeberler

Əgər biznes kitabları bizə nə verir sualı sizi maraqlandırırsa və ya bu tip kitablarla bağlı tərəddüdləriniz varsa, bu məqalə məhz sizin üçündür. Azərbaycanın ilk məzmun kitabxanası olan .readit.az biznes kitabların bizə verdiyi üstünlükləri barədə oxucularla fikirlərini bölüşüb. Bu üstünlüklər ümumiləşdirərək 6 kateqoriyaya bölünüb.

Biznes zəkası: Biznes kitablarının bir nömrəli funksiyası insanın biznes zəkasını itiləməsidir. Biznesdə uğur qazanmaq üçün ən vacib şərt biznesin necə işlədiyini, sistemin çarxlarının fırlanma prinsiplərini anlamaqdır. Əsas nöqtələri anladıqdan sonra biznesi irəlilədəcək, böyüdəcək baxışlara sahib olacaqsınız.

Fürsətlər və seçimlər: Biznes kitablarının əsas nöqtələrindən biri  sizə fürsətlər və çətinliklər qarşısında edilən seçimləri, atılan addımları göstərən hekayələrdən bəhs etməsidir. Bu  hekayələr ağlınızı yeni fürsət və seçimlərə aça bilər, görmədiyiniz şeyləri görməyinizə kömək edə bilər.

Düşüncə tərzi: Düşüncə tərziniz, inam sisteminiz biznesdəki uğurunuzun sərhədidir. Biznes bioqrafiyaları oxuyanda özünüzü güclü insanların düşüncə tərzi ilə “yoluxdurursunuz”. Onları başqalarının əldə edə bilmədiklərinizi əldə etməyə aparan düşüncə tərzlərini görürsünüz. Onların həyata, biznesə yanaşmalarını izləyərək siz də onların səviyyəsinə yüksələ bilərsiniz.

Biznes terminləri: Tam olaraq anlaşılmaz olmasa da, necə deyərlər, biznesin öz dili var. Bunu biznes insanları yaxşı bilirlər. Digər biznesmenlerlə danışıqlar, görüşlər aparacaqsınızsa bu dilin ən azı ən əsas elementlərini bilməyiniz lazımdır.  Əgər bilmədiyiniz anlaşılsa, qarşı tərəfdə yaratdığınız imic məhv ola bilər. Biznes kitabları sizə bu dili öyrədəcək və bu mühitdə sizə özünəinam yaradacaq.

Dərslər: Əgər biri əlini ocağa saldıqda suluqladığını və əziyyət verdiyini deyirsə, artıq sizin yenidən əlinizi ocağa salaraq nəticəsini öyrənməyə ehtiyacınız yoxdur. Biznes mühitində edilən böyük xətalardan və yaratdığı nəticələrdən də eyni formada öyrənmək olar.

Bilmədiklərinizi bilmək: Sokrat necə demişdi? – “Ən müdrik insan hər şeyi bilmədiyini biləndir.” Nələr bilməyimiz haqqında heç bir fikrimiz yoxdur. Yeni keyslər, yeni yanaşmalar oxuduqca heç bir zaman ağlımıza gəlməyən şeylər haqqında düşünməyə, bizi uğura aparacaq yeni yolları kəşf etməyə başlayacağıq. Bəzən sadəcə tək bir cümlə bizə milyon dollarlıq bir yanaşma tərzi qazandıra bilər.

Son olaraq: Oxumaq çox vacib olsa da, öyrəndiklərinizi tətbiq etmək, onları intizamlı formada izləmək sizi uğura aparacaq. Tətbiq edilməyən biliklərin sizə heç bir faydasının olmayacağını unutmayın.

Bu yazını oxuyursunuzsa deməli inkişaf yolundasınız. Uğurlar!

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 15-04-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.