Son Yeniliklər!
Son yenilikilərə əsasən artıq vakansiyaları irəli çəkmək (daima öndə saxlamaq) pulsuz (ödənişsiz) oldu. Bu xidmətdən yararlanmaq üçün vakansiyanı sosial şəbəkələr üçün 4 ədəd paylaş düyməsindən hər hansı birini istifadə etmək lazımdır. 24 saat sonra sizin vakansiya yenidən irəli çəkiləcəkdir.
Pinkodu itirmiş elan sahibləri 1 AZN ödənişlə öz vakansiyalarını silə bilərlər.

Bugün — 30, 7 gün — 146, ay — 553 yeni elan

2018-ci ildə Apple şirkətinin 10 uğursuzluğu

2018-ci ildə Apple şirkətinin 10 uğursuzluğu xeberler Aprel 15, 2019

2018-ci ildə Apple şirkətinin 10 uğursuzluğu xeberler 96

2018-ci ildə Apple şirkətinin 10 uğursuzluğu xeberlerBiznes xəbərlər

2018-ci ildə Apple şirkətinin 10 uğursuzluğu xeberler

Apple dünyanın ən böyük və ən bahalı yüksək texnologiyalı şirkətlərindən biridir. Buna baxmayaraq, şirkətin 2018-ci ildə təqdim etdiyi  məhsulların heç də hamısı uğurlu olmamışdı və Apple markasının pərəstişkarlarının gözləntilərinə cavab verməyib.

  1. Apple bütün məhsulların qiymətini qaldırıb.

Apple, 2018-ci ildə əvvəlki ilin eyni dövrünə nisbətən yeni məhsulların çoxunun ilkin qiymətləri artırılıb: yeni iPhone-lardan ən əlverişli modelinin başlanğıc qiyməti $50, Apple Watch-un baza versiyasının qiyməti $70, yeni iPad Pro üçün qiymət etiketi  $150, MacBook Air-in ilkin qiyməti $200, Mac Mini-nin qiyməti isə $300 artıb.

  1. Apple iPhone SE modelinin istehsalını dayandırıb.

2017-ci ildə ən ucuz iPhone modeli iPhone SE olmuşdur, təxmini qiyməti $350 təşkil edib. 2018-ci ildə Apple bu cihazı məhsul xəttindən çıxardı. İndi ən ucuz iPhone $449 dollara satılır. Bu, iPhone 7 modelinin qiymətidir. Əlbəttə ki, bu çox yaxşı smartfondur, lakin iPhone SE kimi kompakt deyil.

  1. HomePod portativ akustika qurğusu çox da fərqli bir şey olmadı.

HomePod 2012-ci ildən etibarən istehsal edilir. Əvvəlcə Siri səs köməkçisinin dəstəyi planlaşdırılmamışdı və bütün diqqəti musiqiyə yönəldilmişdir. Səsli köməkçi “Siri” son xəbərləri oxumağı, yol tıxacları barədə xəbər verməyi, restoranlar haqqında məsləhət verməyi və başqa bir çox şeyi bacarmır. Bunun əvəzinə, o, sizin üçün yalnız musiqini aça və taymer qura bilər. Bundan başqa HomePod, Android cihazları ilə işləmir, qiyməti isə olduqca yüksəkdir və  təxminən $ 350 təşkil edir.

  1. Sentyabr ayının darıxdırıcı anonsları.

Sentyabrda keçirilmiş təqdimat axşamı olduqca darıxdırıcı keçib. Bu heç də təəccüblü deyil, çünki təqdimatdan öncə məhsullar haqqında bütün məlumatlar İnternet şəbəkəsinə sızmışdır. Eyni zamanda, Apple fanatları üçün heç də ürək açan olmayan yeni xəbərlər yayıldı. Bu, iPhone 6S və iPhone SE modellərin satışının  dayandırılması idi.

 

 

  1. MacBook Air-in yeni dizaynı.

Uzun illərdən sonra Apple 2018-ci ildə MacBook Air-ı yenilədi. Lakin, yeni dizayn əvvəlkindən demək olar ki heç nəyi ilə fərqlənmir, onun başlanğıc qiyməti isə $ 200 bahadır. Əvvəlki modellərdən fərqli olaraq, yeni modeldə alüminium çərçivələr yerinə qara çərçivələrlə əhatə olunan Retina displeyi qoyulub.

  1. iPhone XS əvvəlki iPhone X modelinin uğursuz yeniləməsidir.

Apple yeni smartfon xətti elan edildikdən bir il sonra, “S” hərfi ilə daha güclü bir model buraxması artıq şirkətin ənənəsinə çevrilib. 2017-ci ildə çıxan iPhone X-də istisna olmadı. Bir çox ekspert yeniləmənin darıxdırıcı olduğunu qəbul edib.

  1. iPad Pro-nun məhdudiyyətli dizaynı.

Yeni buraxılmış iPad Pro, dizayn baxımdan çox gözəl olmaqla, hələdə notebook-u  əvəz edə bilmir. Belə ki, bu qurğuya xarici disk daşıyıcılarını qoşmaq hələ də mümkün deyil. Eyni zamanda, iPad-un Mouse ilə idarə olunması nəzərdə tutulmamışdır.

  1. iOS 12 əməliyyat sistemi ilə iOS 11 arasındakı fərq o qədərdə çox deyil.

iOS 12 əməliyyatının əsas yeniliyi, proqramlar üzrə bildirişlərin qruplaşdırılmasıdır. iOS-un əvvəlki versiyalarına tətbiq edilmiş yeniliklər isə daha maraqlı və əhəmiyyətli olmuşdur.

  1. Sürətli zaryadka adapterinin olmaması.

Yeni çıxmış smartfonların üçündə də sürətli zaryadka funksiyası var. Bu funksiya, yarım saata akkumulyatorun 50%-a qədər dolmasına imkan yaradır. Lakin, yeni modellərin komplektlərinin heç biri bu funksiyadan yararlanmaq üçün lazım olan adapter nəzərdə tutmur.

  1. Siri hələ də o qədərdə yaxşı deyil.

Səs köməkçisi olan Siri, öz rəqiblərinə qarşı hələ də uduzur və onun nə vaxt onlara çata biləcəyi hələ məlum deyil.

 

 

biznes xeberleri
Credit: / is elanlari
is elanlari
Written by:Published by: Copyright holder: on 15-04-2019


Sayt işə düzəltmə şirkəti deyil. Sayt həm iş axtaranların həm də işə götürənlərin yararlana biləcəyi online platformadır. Məqsədimiz əlavə olunan son iş elanlarını, boş vakansiyaları sizə ilk çatdırmaqdır! Saytda elan yerləşdirərkən sizdən ödəniş tələb oluna bilər.