Cv nədir? Necə yazılır?

Cv nədir? necə yazılır? cv yazmaq qaydası, cv nümunələrini sizə təqdim edirik. Oxuyun və mariflənin!

Cv nədir? Necə yazılır? TOP-10 CV nümunəsi 1 Sentyabr, 2019

Cv nədir? Necə yazılır?

CV’lər iş həyatının ayrılmaz bir hissəsidir. Cv nədir? necə yazılır? cv yazmaq qaydası hər şey bu məqalədə ətraflı izah edilib. İnsanlar iş axtaran zaman, şirkətlər işçi axtararkən istifadə olunan CV birləşməsinin mənası dilimizdə “Curriculum Vitae” sözlərinin baş hərflərindən götürülmüşdür. Curriculum-Xülasə Vitae-Həyat deməkdir. Qısacası iş həyatımızın xülasəsidir. İlk baxışda bizim kim olduğumuzu göstərən bir sənəddir. CV iş müraciətlərimizin ayrılmaz ünsürüdür.

CV nədir

CV hazırlayan zaman diqqətli olunması lazım olan nöqtələr:

Cv nədir? Necə yazılır?

  • CV’nizi hazırlayanda həvəsli olun, özünüzə güvənin.
  • Əksik məlumat verməyin, əlaqə vasitələrinizi, şəxsi məlumatlarınızı, təhsiliniz haqqında ətraflı məlumatı, iş təcrübələrinizi mütləq qeyd edin.

CV’lərin bir neçə növü vardır

  • СV yazmağa başlamazdan əvvəl, hansı növ CV yazmaq istədiyinizə qərar verin.
  • CV’lər şəxsi məlumatlar ehtiva etdiyindən ehtiyyatlı hazırlanmalıdır, lazımsız məliumatlardan, şişirtmədən uzaq olub; konkret ifadələri yazmaq lazımdır.

CV necə yazılır

Hazırladığınız CV’lər məqsədə uyğun, sadə, anlaşılan, yaradıcı və müraciət etdiyiniz şirkətin tələblərinə uyğun olmalıdır.

CV’niz sizin hər hansı bir hədəfiniz olduğunu bildirməlidir.

Fərqli sahələrdə olan şirkətlərə eyni CV’ni göndərmək doğru deyildir.

Hər işin fərqli məqsədi, fərqli lazımlılığı var. Buna uyğun hərəkət etmək lazımdır.

CV’niz ilə müraciət edəcəyiniz şirkəti yaxşıca araşdırın və daha sonra Cv hazırlamağa başlayın. Heç vaxt araşdırmadan müraciət etməyin. Bu sizin şansınızı azaldacaq.

Bu qaydalar iş dünyasının əsas qaydalarından biri olaraq qəbullanın.

CV’ni yazarkən, hə 5 dəqiqə boş vaxtım var qoy CV yazım fikri ilə başlamayın. O sizin iş həyatınızın güzgüsüdür. Ona diqqətlə, bol zaman ayırın ki, keyfiyyətli CV yaza biləsiniz. CV-nizdə sizdə olan bütün xüsusiyyətlər qeyd edilmiş olsun. CV-ni hansı formatda hazırlayacağınızı öncədən dəqiqləşdirin.

Təcrübəli birisinizsə, bu sahədə irəliləmək istəyirsinizsə, yeni məzun olmuş tələbələr kimi CV hazırlamamalısınız. Zəif hazırlanmış CV sizin təcrübənizə ləkə gətirə bilər. CV-nizi həddindən artıq lazımsız məlumatlarlada doldurmayın. Nə bir əksik, nə də bir artıq-lazımsız məlumat yazmayın. Əgər tez-tez eyni CV ilə şirkətlərə müraciət edib, geri dönüş almırsınızsa, Cv-nizi yenidən gözdən keçirdin. Demək ki, keyfiyyətsiz CV hazırlamısınız.

Cv nədir? Necə yazılır?

CV yazmaq

CV’niz iş görüşməsinə çağırılacaq qədər faydalı olsa belə yanlış referanslar verərək ehtiyacınız olan işi əldən qaçıra bilərsiniz. CV-nizə yazmalı olduğunuz referansları ikinci dəfə düşünün və yoxlayın. Referans verdiyiniz şirkətlərin, insanların əlaqə vasitələrinin doğru olduğuna əmin olun. Hər bir şirkət işə götürəcəyi insanın iş keçmişini öyrənməyə maraqlıdır. Sizə referans olmayacaq, haqqınızda neqativ fikirlər deyə biləcək insanları/şirkətləri CV-nizdə qeyd etməyin :).

Foto
Şəklinizi rəsmi olmaldır. “Mən və mənim evim” və ya “mənim avtomobilim” tərzində olmamlıdır. Yeni çəkilmiş olmalıdır- 3 il öncəki yox. Bəzən elə gəlir ki, otağa girən və CV-dəki şəkildə olan insanlar fərqli insanlardır.

Kontakt məlumatları
CV-ni öz “ciddi” e-mail adresinizdən göndərin. Bəzən aşağıdakı kimi e-mail adreslərindən CV-lər gəlir:
zor_oglan1992@yandex.ru
canabakinka1994@mail.ru
tənhadovşan1992@mail.ru
mestanka1994@yandex.ru
yedinka1987@yahoo.com

Son olaraq, CV-ni göndərməzdən öncə bir dəfə daha gözdən keçirdin. Uğurlar!

cv haqqinda melumat

Yazı üçün istifadə olunmuş mənbələr:TotalJobs, The Guardian, University of Kent, Wikipedia

Resume – amerikan tərzidir. Amerikan yanaşmasına əsasən Curriculum Vitae – alimin və yaxud elmi əməkdaşın, kitabxanaçının, müəllimin və ya tədqiqatçının elmi sənədidir. İlk növbədə burada təhsil ətraflı şəkildə təsvir edilir. İş təcrübəsinə də bir o qədər diqqət ayrılır. Belə bir sənədin ölçüsü 3 və daha çox səhifədir. CV – təhsil və iş barədə daha dərin məlumatların verildiyi sənəddir. Lakin bununla yanaşı, Avropa və Böyük Britaniyada amerikalıların resume adlandırdığı sənəd də CV adlandırılır.
CV nədir və resume`dən nə ilə fərqlənir?
Əsl rezümenin isə CV-dən keyfiyyət baxımından fərqləri aşağıdakılardır:
- qısalıq (əsasən 1 səhifə) - müəyyən edilmiş bir vəzifə və işəgötürənə istiqamətlənmək (hər bir vakansiya üçün ayrı bir resumenin hazırlanması məqsədə uyğundur). - resume hazırlayarkən sərbəstliyə sahib olmaq.

Özünüzü işəgötürənin yerində təsəvvür etməyə çalışın. Onu ilk növbədə şəxsi maraqları maraqlandırır. O yaxşı təşkil edilmiş həyata sahib insan axtarmır. Bu səbəbdən də həqiqi bacarıq və təcrübələrinizi gizlətməyin bir mənası yoxdur. İşəgötürən sizdən çox şey istəmir. Onun istədiyi səliqəli, asanlıqla başa düşülən bir sənəddir. Rezümeniz elə formada təşkil edilməlidir ki, rəhbər onu oxuduqda məhz sizi axtardığını anlasın. Müsahibəyə dəvət edilmək isə resumenin əsas məqsədidir.
İşəgötürənin rezümedə görmək istəmədiyi isə ehtiyaclar, arzular və xəyallar barədə etdiyiniz qeydlərdir. Bir faktı yadda saxlayın ki, müəyyən bir vakansiya üçün bəlkə də yüzlərlə rezüme göndərilir və rəhbərin onların birini nəzərdən keçirmək üçün 30-40 saniyəsi var. Yaxşı təşkil edilmiş rezüme üçün 30-40 saniyə kifayətdir ki, lazımi insanın siz olduğuna qərar versinlər.

Yaxşı CV-ni necə hazırlamaq olar?
İş tapmaq üçün İlk öncə ən vacib gözəl və baxımlı CV-nin olmasıdır.
Möhtəşəm CV-yə sahib olmaq üçün cv yazmaq`a daxil olun.
CV necə tərtib edilməlidir ?
İşəgötürənlərlə tanışlıqdan qabaq özünü yaxşı və qiymətli işçi kimi təqdim etmək mümkündürmü? Bəli, mümkündür - bunun üçün sadəcə olaraq yaxşı düşünülmüş CV tərtib etmək lazımdır.
CV nədir
CV - qısa şəkildə karyera tarixçəsini və iş axtaranın professional keyfiyyətlərini təsvir edən bir sənəddir. Ondan iş axtarışlarında və işə düzəlmək məqsədilə istifadə olunur. CV iş axtaran tərəfindən tərtib olunub bilavasitə işverənlərə təqdim olunur, poçt vasitəsilə göndərilir və ya işverənlərin sifarişilə personalın seçilməsi və işə götürülməsilə məşğul olan vasitəçi firmalara verilir.
CV nə üçün lazımdır
CV reklam xarakteri daşıyır. Onun mahiyyəti - işverəni qabaqcadan iş axtaranın professional keyfiyyətlərilə tanış etmək, diqqəti həmin iş axtarana cəlb etmək, işverəni maraqlandırmaq və görüşə sövq etməkdir. CV-nin əsas məqsədi - bilavasitə tanışlıq və işə qəbul olunmaq üçün işverənlə müsahibəyə dəvət almaqdır.
CV ilə tərcümeyi-halın fərqi nədədir
CV, bir çox dövlət idarələri və müəssisələrində istifadə olunan tərcümeyi-halın analoqudur. Tərcümeyi-halda, eyni CV-də olduğu kimi, qısa şəkildə həyat yolu təsvir edilir. Lakin CV-dən fərqli olaraq, tərcümeyi-hal sərbəst şəkildə tərtib olunur və adətən əllə yazılır. Bundan başqa, əksər hallarda tərcümeyi-hal işçi tərəfindən bilavasitə işə düzələrkən yazılır.
İş axtaran üçün CV-nin müsbət cəhətləri

  • Hətta iş vakansiyası olmadıqda, işverən, rezümenizi bəyənərsə, sizi gələcək planları üçün nəzərdə saxlaya bilər;
  • Hal-hazırda pretendent varsa, işverən fikrini dəyişə də bilər. Lakin istisna olunmur ki, görüş zamanı o sizi heç dinləməsin.


CV forması
CV üçün standart bir forma yoxdur.
Aşağıdakı ardıcıllığı tövsiyə etmək olar:

  • Başlıq əvəzinə adınızı, soyadınızı, atanızın adını yazın (adətən "CV" başlığından istifadə olunmur)
  • Ünvan
  • Telefon
  • Anadan olma tarixi və doğulduğunuz yer
  • Ailə vəziyyəti
  • Məqsəd (axtardığınız iş yerinin və vəzifənin təsviri)
  • İş təcrübəniz (əks-xronoliji ardıcıllıqla, yəni son iş yerindən başlayaraq iş yerlərinin sadalanması. İşlədiyiniz müəssisə və ya şirkətlərin adı, iş tarixi, müddəti, tutduğunuz vəzifə, yerinə yetirdiyiniz funksiyalar və iş dövründə əldə etdiyiniz nailiyyətlər qeyd olunmalıdır)
  • Əlavə məlumat (nailiyyətləriniz, bilikləriniz, qabiliyyətləriniz, hansı xarici dilləri bilirsiniz, kompüterdə işləmək vərdişləri, sürücülük vəsiqəsinin mövcudluğu, ictimai fəaliyyət, şəxsi keyfiyyətlər)
  • CV-nin tərtib olunması tarixi


CV-nin tərtib edilməsi prinsipləri

  • CV aşağıdakı tələblərə cavab verməlidir:
  • Yığcamlıq Mətnin həcmi 2 səhifədən çox olmamalıdır. İşverən, çox güman ki, böyük mətni oxumayacaq və təəssüf etmədən zibil səbətinə atacaq.
  • Məntiq Yalnız işə aid olanları qeyd edin - yersiz detallara və təfsilatlara yol verməyin
  • Düzgünlük Yalnız isbat edə biləcəyiniz məlumatları qələmə alın. CV-də göstərdiyiniz informasiya yoxlanıla bilər.
  • Pozitiv xarakter Calışın, özünüz haqda müsbət rəy yaradasınız. Yalnız pozitiv keyfiyyətlərinizi və güclü tərəflərinizi qeyd edin, əldə etdiyiniz nailiyyətləri vurğulayın. Əgər hər hansı bir informasiyanın xoşa gəlməmək ehtimalı varsa, onu yazmayın.
  • Ardıcıllıq İnformasiyanı xronoloji ardıcıllıqla təsvir edin, heç nəyi buraxmayın. İşverən bunu hörmətsizlik və məsuliyyətsizlik kimi qiymətləndirə bilər.
  • Unikallıq Məhz sizə xas olan keyfiyyətlərdən bəhs edin, sizi digər namizədlərdən fərqləndirən müsbət cəhətləri vurğulayın.
  • Mükəmməl yazı stili Dəqiq ifadələrdən istifadə edin, ara sözlərə və anlaşılmaz ixtisarlara qəti surətdə yol verməyin
  • Gözoxşayan tərtibat Yalnız keyfiyyətli kağızdan və oxunaqlı şriftdən istifadə edin. Mətni məntiqlə yerləşdirin, onu paraqraflara bölün. Mütləq yazdıqlarınızı yoxlayın, mümkün səhvləri düzəldin. CV rahatlıqla oxunmalıdır.

Bunları etməyin

CV-nizi dövlət qurumlarının hazır formalarında hazırlamayın. Bu formlar çox uzun və mənasız məlumatlarla dolu olur. Ya Siz onları doldurmalı olursunuz, ya da boş buraxırsınız. Nəticədə isə görüntü ya məntiqsiz olur, ya diqqət yayındırıcı. CV-nin əsas məqsədi Sizin xüsusiyyətlərinizi, keyfiyyətlərinizi, bacarıqlarınızı qısa, konkret, məntiqli və ardıcıl şəkildə göstərmək. Bir xanım üçün isə “Əsgərlik” bölümündə “olmamışam” yazılması çox da mühim məlumat deyil; İngiliscə bilmirsinizsə, CV-nizin bu dildə hazırlanmasının heç bir mənası yoxdur. Dəfələrlə şahidi olmuşam ki, ingiliscə CV-si olan bir insan CV-də yazılanlar haqqında məlumatlı deyil; Unutmayın ki, 21.ci əsrdə yaşayırıq. CV-də “kompyuter bilikləri” bölməsində “internet bilirəm” yazmayın. Əgər belə bəsit bir məsələni qeyd edirsinizsə, o zaman “iki əlim” var da yazmaq olar; Real təcrübə və bacarıqlarım olmamasını ümumi vədlərlə doldurmayın : “tez öyrənirəm”, “qarantiya edirəm”. CV emosinal vədlərdən ibarət olmamalıdır; Elanları oxuyun. Sıx sıx elanı oxumadan iş üçün müraciət edən insanlarla qarşılaşıram. İnsan müsahibəyə dəvət edilir, və görüş vaxtı elanda yazılan tələbləri və maaşı oxumadığı müəyyən olunur. Bir insanın dərman aldığını düşünək. Dərmanı ancaq “dərman” olduğuna görə alıb və tərkibini, hansı xəstəlikləri və nə qədər zamana müalicə etməsini oxumadan içmək nə qədər məntiqli olar? Səhv və doğru olmayan məlumatları CV-də yazmayın. Bir insanın işlədiyi firmada 5 nəfərə şirkət haqqında məlumat verməsi o demək deyil ki, təlimçi işləyib. CV-də yazılan hər söz və hər kəlimə doğru olmalıdır. Müsahibə vaxtında verilən suallara tam və dolğun cavab verməyiniz və ya verməməyiniz bütün REAL təcrübənizi ortaya qoyacaq. Unutmayın ki, hər gün onlarla insanlarla görüşlər keçirən HR mütəxəssisi artıq bu mövzularda kifayət qədər təcrübə toplamış olurlar. CV-də yazdığınız hər bir cümləyə görə məsuliyyət hiss edin.

UNUTMAYIN. CV iş tapmaq və peşəkar məqsədlərimizə çatmaq üçün birinci və ən vacib addımlardan biridir. Öz bilikləriniz, bacarıqlarınız və məqsədləriniz haqqında elə tərzdə məlumat vermək lazımdır ki, Sizi tanımayan insan Sizi ikinci mərhələ olan müsahibəyə dəvət etsin.

Hazır cv formaları

Cv nümunələri

Latın dilindən götürülmüş CV- Curriculum Vitae,“həyat təqvimi” mənasına gəlir və bir şəxsin iş və ya təhsil üçün müraciət formasına/ ərizəsinə əlavə olunan, onun iş təcrübəsini, biliklərini, qabiliyyətlərini və şəxsin haqqında əsas informasiyanı verən bir sənəddir. CV-ə, ikinci müraciət olaraq, résumé də deyilir. Bildiyimiz kimi, təhsil almaq, yay və ya qış məktəblərində iştirak etmək, xüsusi ixtisas kurslarına qoşulmaq, müxtəlif treyninqlərdə (məşğələlərdə) iştirak etmək üçün, ən əsası isə, hər hansı bir yerə iş üçün müraciət etdikdə, bizdən özümüz haqqında ətraflı məlumat verdiyimiz CV tələb olunur. Bəs uğurlu CV necə olur və hansı formada yazılmalıdır? Uğurlu CV sizi müraciət etdiyiniz iş və ya təhsil müəssisəsində müsahibə mərhələsinə aparacaq ilkin və əsas vasitədir. Hər bir işəgötürən mərkəzə, universitetə və digər növ təhsil-təlim mərkəzlərinə çoxsaylı CV-lər göndərilir. Sizin CV-nizə baxan şəxs, ona baxmaq üçün sadəcə 8-10 saniyə qədər çox qısa bir vaxt sərf edir, diqqət cəlb etdikdə, bu baxış 45 saniyəyə qədər uzana bilir, əksi olduqda isə CV 8 saniyə sonra zibil qutusuna atılır. Bu zaman, CV-nin ikinci mərhələ üçün kənara qoyulmasına nail olmaq üçün onu necə tərtib etmək lazım olduğu haqda öyrənək! Doğru və ya yalnış CV forması yoxdur, sadəcə yaxşı və pis tərtib olunmuş CV-lər mövcuddur. QAYDA 1: CV, ilk növbədə, özünüz haqqında əsas məlumat sənədi olduğu üçün onu yazdığınız zaman, ilk səhifənin baş tərəfindən, ortada özünüz haqqında əsaslı məlumatları yazmalısınız. CV-ə ilk dəfə baxıldıqda o hissə ilk nəzəri cəlb edir. Yazılacaq məlumatlar: ad və soyad; doğum tarixi; yaşayış ünvanı; mobil və stasionar telefon nömrəsi; e-mail adresi. QEYD: Özünüz haqqında şəxsi məlumat bölməsinə professional şəkildə istifadə etdiyiniz sosial şəbəkə, şəxsi veb-saytınız varsa onun keçidini yerləşdirməyiniz məsləhətdir. Məsələn, LinkedIn profil keçidi. QAYDA 2: CV-də iş təcrübəniz haqqında yazarkən, çalışın iş elanını diqqətlə oxuyasınız. CV-dəki iş təcrübənizi də iş elanındakı tələblərə uyğunlaşdırın. Bu o demək deyil ki, siz CV-də yalan danışmalısınız. Yox! Sadəcə, ola bilər ki, 10 yerdə iş təcrübəniz var, ancaq iş elanında göstərilən vəzifəyə uyğun təcrübələrinizi CV-də qeyd etsəniz daha düzgün olar. Buna görə də, CV-ni hər zaman yeniləmək lazımdır; bir CV hazırlayıb hər yerə eynisini göndərmək vakansiyanın sizin üçün çox da əhəmiyyətə malik olmadığını göstərir. QAYDA 3: Təhsilinizi CV-də qeyd edərkən, son təhsil aldığınız yerdən sıralamanı başladın, yəni ən yenidən köhnəyə doğru. Təhsiliniz haqqında yazarkən, əgər CV-də çox yer tutmayacaqsa, işlə əlaqəli götürdüyünüz fənlərin adını qeyd edə bilərsiniz. Təhsil bölməsində ibtidai və orta təhsil aldığınız yerləri qeyd etmək düzgün hesab edilmir. QAYDA 4: CV-də xüsusi bacarıq və qabiliyyətlərinizi qeyd etməyi unutmayın. Bu zaman elə qabiliyyətlərinizi qeyd etməlisiniz ki, sizi digər CV göndərən namizədlərdən fərqləndirsin. Məsələn, yaxşı kommunikasiya bacarığınız olduğunu, problemləri həll etmədə üstünlüyünüzü, kompyuter biliklərinizi və xarici dil qabiliyyətlərinizi qeyd etməyiniz lazımdır. Lakin onu da nəzərə almaq lazımdır ki, bu qabiliyyətləri qeyd edərkən şişirtməyə yol vermək olmaz. Məsələn, əgər bilmədiyiniz dilləri CV-də bilirmişsiniz kimi qeyd etsəniz, müsahibəyə çağrılan zaman işəgötürənlərin yanında həm utana bilərsiniz, həm də onlarda elə ilk dəfədən artıq mənfi təəssürat oyada bilərsiniz. Qeyd: İş vakansiyasına uyğun olmayan, sizə heç bir üstünlük verməyəcək və sizi passiv bir namizəd kimi göstərəcək qabiliyyətləri qeyd etmək lazım deyil. Kitab oxumağı hobby kimi qeyd etməkdənsə, hansı növ kitabları oxumağı sevdiyinizi qeyd etsəniz, daha uğurlu bir CV-ə malik olarsınız. QAYDA 5: İş vakansiyasında göstərilən tələblərə uyğun olan, ən əhəmiyyətli, sizi digər namizədlərdən xüsusi göstərə biləcək sertifikat proqramlarında, yay məktəblərində, xüsusi təlimlərdə, yay-qış düşərgələrində iştirakınızı CV-də əlavə fəaliyyətlər kimi qeyd edə bilərsiniz. Bu zaman, iştirak etdiyiniz fəaliyyətin tam adını, tarixini, kim tərəfindən və harada təşkil olunduğunu, sertifikat, diplom və s. ilə təltif olunduğunuzu qeyd edin. QAYDA 6: CV-lər işəgötürənlər və eləcə də təhsil, hər hansısa bir proqramın seçim-qəbul kommissiyasında olanlar tərəfindən çox qısa zaman ərzində nəzərdən keçirildiyindən, çox uzun yazılmış CV məsləhət görülmür. 2 səhifəyə qədər (A4) CV normal hesab edilir. CV nə qədər uzun olarsa, bir o qədər nəzərdən keçirmək üçün sıxıcı olur. QAYDA 7: CV-də ən vacib detallardan biri də, CV-nin dilinin düzgün olmasıdır. Yəni, qeyd etdiyiniz məlumatlar nə qədər doğru və cəlbedici olsa da, həmçinin səliqəli və səhvsiz yazılmalıdır. CV-ni yazıb bitirdikdən sonra, həm hərf, həm də söz səhvlərini yoxlamaq, səliqəli bir hala saldıqdan sonra göndərmək lazımdır.

Cv yerləşdir
Vakansiya yerləşdir