“Volkswagen”in əfsanəvi modeli istehsalı dayandırıb, muzeyə verilir

Meksika zavodunda “Volkswagen”in (VW) əfsanəvi modeli, 1938-ci ildən bəri istehsal edilən (Beetle-Böcək) buraxılışını dayandırıb.
Bu haqda “Deutsche Welle” şirkətin məlumatına istinadən yazıb.
Axırıncı avtomobil 10 iyulda konveyerdən, işçilərin alqışları və mariaçi xalq musiqisinin sədaları altında aşağı salınıb.
Gümüşü-mavi avtomobil, mərasim zamanı bir neçə on metr irəli gedib.
Bundan sonra o muzeyə veriləcək.
Xatırladaq ki, “Beetle” əfsanəvi avtomobil “Volkswagen Kafer”in varisidir.
O, 1938-ci ildən 2003-cü ilə qədər istehsal edilib.
“Kafer” tarixdə ən geniş yayılmış avtomobil modellərindən biri olub.
Adıçəkilən avtomobil markası uzun illər əsas baza konstruksiyada dəyişiklik edilmədən istehsal edilib.
Orijinal “Volkswagen Kafer” isə 30-ci illərin əvvəlində Adolf Hitlerin əmri ilə konstruktor Ferdinand Porşe tərəfindən hazırlanıb.
Və avtomobil markası qısa zamanda cəmiyyət arasında populyarlıq qazanıb.