VAIO doqquz keçiricili kompakt SX12 noutbuklarını təqdim edib

Üç USB, VGA və Ethernet-bağlantı.
VAIO şirkəti 12,5 dyümlük doqquz keçiricili SX12 kompakt noutbuklarını təqdim edib: cihaz üç USB-A, USB-C (cihazın enerjisi üçün ), HDMI, SD-kartrider, 3,5-mm audiobağlantı, Ethernet və VGA (D-Sub).
İstehsalçı bildirir ki, əvvəlki S11 versiyası ilə müqayisədə bu model öz qabaritlərini daha effektiv istifadə edir, tamölçülü klaviaturaya və qalın əhatəli FullHD ekrana sahibdir.
SX12 dördnüvəli Intel Core i5 və ya 8-ci nəsil i7 prosessorunda işləyir, 16 Gb əməli yaddaş tutumuna və 1Tb NVMe-SSD malikdir, istəyə görə, LTE-modem də əlavə etmək olar.
9 iyulda yapon bazarına çıxıb, lakin dünya bazarına çıxacağı tarix məlum deyil.
Qiyməti rəngindən və modelin komplektasiyasından asılı olaraq  1100-2000 dollar arasında dəyişir.