Twitter kompyuterlər üçün yeni dizayn versiyasını təqdim edib

Mikrobloqlar xidməti Twitter yeni desktop versiyanı təqdim edib.
  Fərdi kompyuterlər üçün səhifənin görünüşü 7 ildir ki, dəyişməz olaraq qalmışdı.
Yaxın günlərdə hesabların sahibkarları yeni interfeysə keçəcəklər və bununla da artıq köhnə variant qayıtmaq mümkünsüz olacaq.
Woah, what’s this? A shiny new https://t.
co/q4wnE46fGs for desktop? Yup.
IT’S HERE.
pic.
twitter.
com/8y4TMzqBGa — Twitter (@Twitter) July 15, 2019 solda nişanlar, axtarış, ismarıclar və digərlərinin yerləşdiyi menyudan ibarət hərəkət paneli yerləşir; aktual mövzular – sağdadır; istifadəçinin yerləşdiyi ərazidən asılı olaraq məşhur trendlərin, xəbərlərin və videoların axtarışı üçün “Araşdırmaq” əlavəsi; genişlənmiş Direct Messages əlavəsi; ən məşhur və ən son paylaşımlar arasında keçid etmə imkanı; Moments əlavəsi alt menyudan silinib; rəngli palitranın yeni mövzu və variantları; tünd rejimə iki variant əlavə edilib.
Sosial şəbəkə istifadəçiləri yeni dizaynı, səhifədəki yerdən istifadənin qeyri-rasional olmasına, həmçinin postlar lentinin az yer tutmasına görə tənqid ediblər.
Onlar həm də “Home” düyməsinin yeni dizaynda lentin əvvəlində olmamasından da şikayət ediblər.