Tikinti şirkəti 7 min manat məbləğində cərimələnib

“Rifah Plaza” MMC reklam haqqında qanunvericiliyin pozulmasına görə 7 min manat cərimə edilib.
Şirkət İnzibati Xətalar Məcəlləsinin 428.
7.
1.
(müvafiq icazə, texniki şərtlər pasportu və icazə müqaviləsi olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə) maddəsi ilə təqsirli bilinib.
Bu inzibati xətaya görə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir.
Kredit Müraciəti Nəsimi Rayon Məhkəməsinin 2 may 2019-cu il tarixli qərarından “Rifah Plaza” MMC tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılıb.
Hakim Qədim Babayevin sədrlik etdiyi kollegiya əvvəlki qərarı qüvvədə saxlayıb.
Qeyd edək ki, “Rifah Plaza” MMC çoxmərtəbəli binaların tikintisini həyata keçirən şirkətdir.