PepsiCo-nun xalis gəliri ilin birinci yarısında 9% artıb

Şirkətin hesabatına əsasən gəlir 3,448 milyard dollara çatıb.
Hər səhm üzrə mənfəət keçən ilin 2,21 dolları ilə müqayisədə 2,44 dollar olub.
İllik gəliri 2,4% artaraq 29,333 milyard dollara çatıb.
  Hesabat müddətində əməliyyat gəliri 2% azalaraq 4,737 milyard dollara enib.
Ikinci rübün yekunlarına görə isə PepsiCo-nun xalis gəliri 11,8% artıb və 2,035 milyard dollar olub.
Keçən ilin eyni dövründə hər səhmə görə olan gəlir 1,28 dollar göstəricisi qarşılığında 1,44 dollar olub.
Şirkətin gəliri 2,2% artaraq 16,449 milyard dollar olub və bu da Reuters agentliyinin verdiyi 16,43 milyard dollardan yüksək göstəricidir.
Əməliyyat gəliri 10% azalıb və 2,729 milyard dollar olub.
Şirkətin baş direktoru Ramona Laquartanın sözlərinə görə şirkət öz nəticələrindən razıdır və orqanik gəlir artımı rüb üzrə 4,5% olub, baxmayaraq ki, valyuta məzənnəsi xalis gəlirə mənfi təsir göstərib.
Şirkət 2019-cu ilin yekunlarına görə glirin 4% artmasını gözləyir.