OK! jurnalının yeni sahibi məlum olub

Crocus Group-un vitse-prezidenti, müğənni Emin Ağalarov gündəlik OK! jurnalının sahibi olub.
Bunu  РБК- ya açıqlamasında iş adamı özü bildirib.
Onun sözlərinə görə, əməliyyat yaxın vaxtlarda başa çatdırılacaq.
Jurnalla bərabər Ağalarova onun ticarət nişanı, nəşrin saytı və komandası da verilib.
Əməliyyatla bağlı maliyyə məsələlərini iş adamı açıqlamayıb.
Jurnal rəsmi satışa 2018-ci ilin avqustunda buraxılıb.
Həmin vaxt onun sahibi Məhəmməd Musayev olub.
2019-cu ilin 12 iyul tarixində isə o, jurnalın Emin Ağalarova satılması barədə rəy bildirb.
OK! jurnalı uzun müddət kritiki maliyyə böhranı yaşayıb.
Lakin yeni sahibkar belə hesab edir ki, “Жара” festivalının sponsorlarına və “Жара Magazine” jurnalının reklamçılarına OK! juranlı ilə də əməkdaşlıq təklif etməklə bu ilin sonlarına jurnalı artıq uğurlu bir layihə halına gətirmək olar.
InterMedia agentliyinin baş redaktoru Yevgeniy Safronov isə belə hesab edir ki, jurnal ümumilikdə Ağalarovlar biznesi üçün şübhəsiz faydalı olacaq.