Microsoft: Teams gündəlik istifadəçi sayına görə “Slack”ı ötüb

Hər gün 13 milyon insan Teams-dan, 10 milyonu isə Sack-dan istifadə edir.
Microsoftun hesabatında bildirilib ki, bu göstərici fərqi Slack-ın 2019-cu ilin 31 yanvar tarıxı üzrə vəziyyəti üzrə hesablanıb.
Əvvəllər Microsoft gündəlik istifadəçi sayını açıqlamamışdı.
2019-cu ilin yanvarıda bildirib ki, xidmətdən 500 min təşkilat istifadə edir.
Teams korporativ paltformasını şirkət 2017-ci ilin martında buraxıb.
İlk mərhələdə o, yalnız Office 365 ofis tətbiqləri paketinin korporativ istifadəçiləri üçün açıq idi.
2018-ci ilin iyuunda isə şirkət Bu xidmətə ödənişsiz daxil  olmanı təmin etdi.
Micrososft şirkəti avqust ayının sonuna kimi Teams-da yeni funksiyalar olacağını bildirib.
Onlar arasında – istifadəçinin öz həmsöhbətinə, ona cavab verənə kimi hər iki dəqiqədən bir xəbərdarlıq bildirişi göndərməsinə imkan verən bildiriş xidməti, kanalların moderasiyası, əməkdaşlar arasında vaxt sinxronluğu və kanalda vacib ismarıcları qeyd etmə imkanı kimi funksiyalar var.