Mark Zuckerberg-in varidatı 1 milyard dollara çatıb

Facebook səhmlərinin dəyəri 1% artıb.
Bu, Federal ticarət komissiyasının Facebook-u istifadəçilərin məlumatlarını Cambridge Analytica şirkətinə satması münaqişəsinə görə cərimə etməsi x.
b.
rindən sonra olub.
Mark Zuckerberg Facebook səhmlərinin 88,1%-nə sahibdir.
Aprel ayına olan maliyyə hesabatına görə səhmlərin 410 milyondan çoxu Zuckerberg-ə məxsusdur.
Onların qiyməti 202,3 dollardan 204,9 dollara qədər artıb.
Bu isə o deməkdir ki, yarım saat ərzində Mark-ın varidatı 83 milyard dollardan 84,1-ə çatıb.
Business İnsider xəbər verir ki, Facebook cərimədən qazana bilib, çünki bu gözlənilən idi və o, proqnozla əlaqəli illik maliyyə göstəricilərini planlamışdı.
Reuters xəbər verir ki, ABŞ konqresi nümayəndələr palatasının maliyyə xidmətləri üzrə Komitəsi iri texnoloji şirkətlərə təklif edib ki, maliyyə xidmətləri göstərməyə qadağa qoysunlar.
Nümayəndələr palatasının demokrat əksəriyyəti  bu qadağanın lehinə olublar.
Belə gözlənilir ki, respublikaçılar Facebook-un tərəfində olacaqlar.
Facebook-da bildirmişdilər ki, requlyatorlarla problemi həll etmədən Libra kriptovalyutasını buraxmayacaqlar.
İyulun əvvəlində ABŞ Konqresi Facebook-dan Libra üərində işi “dərhal dayandırmağı” istədi.
Çünki  kriptovalyutanın işini öyrənmək və ondan istifadənin mümkün nəticələrini qiymətləndirmək üçün ona vaxt lazımdır.