Lada Largus universalı yenilənib

AvtoVAZ şirkəti Lada Largus universalını yeniləyib.
Model yeni loqotipə və yenilənmiş təchizat səviyyələrinə malik olub.
Zahiri cəhətdən yenilənmiş Largus modelini üçölçülü loqotipi olan dəyişdirilmiş radiator barmaqlığı və baqaj qapağının üzərindəki iri hərflərlə yazılmış «Lada» sözünə görə tanımaq olar.
Bütün təchizat səviyyələrinin tərkibinə oturacaqların yeni parça üzlüyü və mühərrikin dayandırılması zamanı fənərlərin avtomatik söndürülməsi funksiyası daxil edilib.
Lada Largus modellərinin avadanlıq siyahısında da yeniliklər baş verib: Comfort təchizatında olan sərnişin versiyası üçün iki arxa dinamik, yük versiyası üçün isə, Plus dəsti təklif edilir.
Bu dəstin tərkibinə elektriklə tənzimlənən və qızdırılan yan güzgülər, parklanma vericiləri və reylinqlər daxildir.
Luxe versiyası isə, arxa şüşələrin tündləşdirilməsini nəzərdə tutan Prestige dəstini əldə edib.
Eyni dəst Lada Largus Cross modeli üçün də əlçatandır.
.
Lada Largus əvvəlki kimi 87 və 106 at qüvvəsi variantlarında təklif edilən 1,6-litrlik mühərrik ilə təchiz olunur.
Transmissiya – beş pilləli mexaniki ötürmələr qutusudur.
Avtomobil sıxılmış təbii qazla işləyən CNG güc qurğusu ilə də təklif edilir.
Lada Largus CNG modeli 50 litrlik yanacaq çəni və 90 litrlik metan balonu ilə təchiz olunur.
Tam doldurulmuş çən və balon ilə Lada Largus 1000 km məsafə qət edə bilər.