Instagram-da arzuolunmaz rəyləri gizlətmək mümkün olacaq

Sosial şəbəkənin rəhbəri qeyd edir ki, hərdən blok etmək və ya geriyə ləğv vəziyyəti daha da pisləşdirə bilir.
İnstagram Restrict funksiyasını istifadəyə verib.
O, digər istifadəçilərə xəbərdarlıq etmədən onların girişinə məhdudiyyət qoymağa imkan verir.
Bu aləti şəbəkənin rəhbəri Adam Mosseri təqdim edib.
Məhdud istifadəçilər siyahısına salınmış olanların paylaşımlara yazdıqları rəylər yalnız onların özlərinə görünəcək.
Onlar həmçinin hesabın sahibi tərəfindən mesajlarının oxunub-oxunmamasını da bilə bilməyəcəklər.
Bu yeni funksiya “yaxın zamanlarda” test ediləcək.
Instagram həm də istifadəçini onun paylaşımına gələn arzuolunmaz rəylər barədə xəbərdar edən funksiyanı da təqdim edib.
O, süni zəka alqoritminə əsaslanır.
Bu funksiyadan artıq bəzi istifadəçilər yararlanıblar.