Huawei Mate 30 Lite smartfonu barəsində məlumatlar ortaya çıxıb

Çinin TENAA adlı sertifikatlaşdırma agentliyinin məlumatlar bazasında Huawei şirkətinin SPN-AL00 və SPM-TL00 model nömrələrinə sahib smartfon modeli aşkar edilib.
Söhbət, Mate 30 flaqman smartfon seriyasının büdcəli modeli olan Mate 30 Lite-dan gedir.
Bu barədə Gagadget saytı xəbər verib.
Sertifiktlaşdırma agentliyinin məlumatlar bazasında aşkar edilmiş məlumatlara əsasən smartfon Full HD+keyfiyyətli 6.
26 düym IPS ekran, 6/8 GB RAM, 128/256 GB daxili yaddaş həcmi, 3900 mAh enerji tutumlu batareya, 48 MP + 8 MP + 2 MP üçlü arxa kamera və 32 MP-lik ön kamera ilə təchiz olunacaq.
Smartfon 2.
2 GHz tezlikli 8 nüvəli prosessor əsasında çalşacaq.
Məlumatlar arasında prosessorun adı qeyd olunmasa da çox güman ki, bu, Kirin 810 prosessoru olacaq.
Smartfon Android Pie əməliyayt sistemi vasitəsilə çalışacaq.
Məlumatlar bazasında Mate 30 Lite modelinin fotoları təqdim olunmayıb.
Lakin yaxın bir neçə gün ərzində onun fotoları da ortaya çıxmalıdır.
Son məlumatlara əsasən Mate 30 Lite modeli adi Mate 30 ilə Mate 30 Pro-dan daha tez təqdim olunacaq.