H&M reteyleri “indi al sonra ödə” xidmətini təqdim edir

H&M reteyleri Klarna onlayn-bankı ilə ödəmələri təxirə salma xidmətini istifadəyə vermək üçün tərəfdaşlığa başlayıb.
O, alıcılara bir ay vaxt verir və onlar üçün hissə-hissə ödəməni təmin edir.
Müştərilər 30 gün əşyanı özlərində saxlaya  və almağa qərar verdikdən sonra ödənişini komissiyasız dörd mərhələ üzrə və komissiyasız, hissə-hissə həyata keçirə bilərlər.
Belə hesab edilir ki, bu qərar daha çox yeniyetmə və yoxsullar üçün əlverişlidir, lakin ilk növbədə xeyiri brend qazanır, Business İnsider yazır.
Hissə-hissə faizsiz ödəmə “konversiyanı və satışları 20-30% artıra bilər” – deyə, Aterpay şirkətinin baş direktoru Nik Molnar bildirib.
Endirimli məhsulların sayını artırmaq H&M və digər reteylerlərin əsas məqsədidir.
H&M İsveçrənin ödəmə startapı Klarna-ya 2018-ci ildə sarmayə qoyub.
Martda reteyler rüblük gəlirinin 13 milyon dollardan 12 milyon dollara endiyini hesabladı.