Facebook və İnstagram – ən pis işləyən sosial şəbəkələr

Facebook və İnstagram-ın işləməsində digər sosial şəbəkələrə baxanda mütəmadi olaraq problemlər yaşanır.
Business Insider mənbələrindən əldə edilən məlumata görə, son illər dünya üzrə təxminən 2,7 milyarda yaxın istifadəçi hər iki sosial şəbəkədən istifadəni azaldıb.
Bu məlumatları downdetector xidməti təqdim edib.
Məlumatlarda o da bildirilir ki, rəqib Sanpchat və Twitter sosial şəbəkələrində aktivlik proqramın keyfiyyətlə işləməsi sayəsində stabildir.
Lakin 2019-cu ilin iyununda Snapchat-ın işləməsində problem yaranmışdı və bunun da səbəbi Google Cloud-da daha qlobal texniki problemin olmasında idi.
Twitter isə 11 iyulda problem yaşayıb.
Bu yaxınlarda Facebook və İnstagram özlərinin Twitter mikrobloqlarında, xidmətlərin işləməsində dünya üzrə problem yaşantısına gətirib çıxaran problemin həlli barədə xəbər veriblər.