Facebook requlyatorların razılığı olmadan Libra kriptovalyutasını buraxmayacaq

Şirkət söz verir ki, Libra pul siyasətində mərkəzi banklara mane olmayacaq.
O, milli valyutaları əvəzləmir.
Facebook kriptovalyutanı 2020-ci ildə buraxmağı düşünür.
Facebook-un top-meneceri David Marcus ABŞ Konqresində Libra layihəsi üzrə dinləmələr zamanı şərh verib.
Facebook Libra-nı və Calibra kriptovalyutasının istifadəsi üçün cüzdanı 2019-cu ilin iyununda buraxıb.
Kriptovalyutanın buraxılması 2020-ci ilin birinci yarısına planlaşdırılıb.
Facebook-dan başqa, layihənin inkişafı ilə Mastercard, Visa, Spotify, PayPal və digər maliyyə və texnologiya şirkətləri də məşğul olacaqlar.
The New York Times məlumat verir ki, tərəfdaşların bir hissəsi sosial şəbəkə ilə öhdəlik yaratmayan razılıq imzalayıblar, çünki onlar requlyatorlarla mümkün problemlərə görə narahatdırlar.