FaceApp iki ildən sonra yenidən top siyahıya daxil oldu

Rus təchizatçısının layihəsi ikinci həyatını yaşayır.
App Annie analitik xidmətinin məlumatına görə, FaceApp foto xidməti Rusiya, ABŞ və digər ölkələrdə App Store və Google Play tətbiqləri mağazasında birinci yerə qayıdıb.
Bu, şəkildə insanı “qocaldan” filtrin yeni məşhurluq dalğasından sonra baş verib.
Jeff Bezos FaceApp-ın App Store-da yüksəlişi iyulun 9-da başlayıb – həmin vaxt o, Rusiyanın ümumi tətbiqlər reytinqində 475-ci, ABŞ reytinqində isə 1381-ci yeri tuturdu.
15 iyulda isə xidmət artıq Rusiya, ABŞ və daha 76 ölkədə birinci yerdə olub.
FaceApp 15 iyulda Google Play-də Rusiya, ABŞ və daha 41 ölkədə “Tətbiqlər” kateqoriyasında birinci yer tutub, həmçinin ümumi reytinqin ilk onluğuna düşüb.
Ən pullu tətbiqlər reytinqində FaceApp 15 iyulda yalnız Tacikistanın App Store-da  birinci yeri tutub, 19 ölkədə isə o, top-10 luğa daxil olub.
App Annie-nin məlumatına görə FaceApp-ın yenidən Afrikadan başlayaraq məşhurluğu artıb: hələ 7 iyulda FaceApp bütün ərazi App Store-larında ilk yüzlükdən kənarda olub, 9 iyulda Botsvan və CAR-da top 50-liliyə daxil olub, 12 iyulda isə Rusiya, Bəhreyn, Oman, Səudiyyə Ərəbistanı, Qətər və digər ölkələrdə birinci yeri tutub.
FaceApp 2017-ci ildə yaranıb, onu Yaroslav Goncharov yaradıb.
Həmin vaxt xidmət tətbiqlər mağazalarında ilk yerlərdə gəlirdi.
FaceApp-da “qocalma” effektindən başqa digər filtrlər də var – məsələn, şəkilə gülüş əlavə etmək və “cavanlaşma” effektindən də istifadə etmək mümkündür.
Xidmət, əlavə filtrlər, reklam ləğvi və tətbiqin adı yazılı su işarəsini yığışdırmaq imkanı olan abunəliyi satır.
O bir aya 10 azn və ya bir ilə 50 azn edir və onun bir də 90 azn-ə müddətsiz variantı var.