Estoniyanın “Bolt” taksi-xidmətinin qiymətləndirilməsi 1 milyard dolları ötüb

Şirkət inkişafa yeni maliyyələşmə cəlb edib, lakin onun həcmi açıqlanmır.
“Bolt” taksi sifarişi xidməti ( 2019-cu ilin martına kimi – Taxify) yeni maliyyələşmə raundunu bağlı elan edib.
Bunu şirkətin nümayəndəsi öz açıqlamasında bildirib.
Məbləği və səhmdarları isə açıqlamayıblar.
Bolt-un qiymətləndirilməsi 1 milyard dolları ötüb.
1 milyard dollara 2018-ci ilin mayında çatmışdı.
TechCrunch məlumat verir ki, əməliyyatda İsveçin Nordic Ninjas fondu, Britaniyanın investisiya şirkəti Naya Capital, Skandinaviyanın Creandum-u və San-Fransiskodan G Squared iştirak ediblər.
Səhmlər, xidmətin 2019-cu ilin iyunundan işləməyə başladığı Londonda inkişafa və digər ölkələrə də çıxışa ayrılacaq.
2019-cu ilin aprelində Bolt Rusiya ilə işləməyə başlayıb və Sankt-Peterburqda xidmət təqdim edib.
“Bolt” Tallində 2013-cü ildən fəaliyyətə başlayıb.
Yarandığından bəri şirkət son raund hesaba alınmadan, Didi, Daimler,Spring Capital və Korelya Capital səhmdarları arasında 185 milyon dollar cəlb edib.