Çinin ən nüfuzlu brendlərinin reytinqi açıqlanıb

ABŞ-ın konsaltinq və analitik-informasiya şəbəkəsi olan “Kantar” WPP şirkəti ilə birgə Çinin ən nüfuzlu brednlərinin reytinqini dərc edib.
Çin brendlərinin gücü Yaponiya, Fransa və İspaniyada sürətlə artır.
Hazırda müxtəlif sahələri əhatə edən Çin brendləri məhsulların keyfiyyətini artırmağa çalışır.
Onlar müəyyən satış sistemi yaradıb, potensial müştərilərinin əhatəsini genişləndirmək üçün məhsulları Çindən xaricdə realizə edirlər.
Brendin gücü müəyyən brendin seçimində istehlakçının meylini əks etdirir və üç atributa malikdir – brendin əhəmiyyəti, digərlərindən fərqi və beynəlxalq arenada tanınması.
Çinin ən nüfuzlu brendlərinin reytinqi: # Brend Brendin gücü 2018-ci ilə nisbətən dəyişiklik, % 1 Huawei 1 862 22 2 Lenovo 1 698 0 3 Alibaba 1 624 48 4 Xiaomi 1 068 41 5 ByteDance 878 0 6 Hisense 823 55 7 Haier 776 34 8 Air China 731 0 9 OnePlus 644 38 10 Anker 601 -1