Beş ayda Azərbaycanla Fransanın ticarət dövriyyəsi 53 faiz artıb

Cari ilin ilk 5 ayında Azərbaycanla Fransanın ticarət dövriyyəsi 53 faiz artıb.
Bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev iyulun 11-də Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumunda deyib.
Nazir qeyd edib ki, Fransanın Cənubi Qafqaz üzrə ticarət dövriyyəsinin 62,4 faizi Azərbaycanın payına düşür.