Azərbaycandakı investisiya şirkətlərinin renkinqi (yanvar-iyun, 2019)

“Bakı Fond Birjası” QSC (BFB) bu ilin yanvar-iyun ayları üzrə birja üzvlərinin dövriyyəsi üzrə renkinqini açıqlayıb.
Renkinqə 4 548 812 213 manatlıq göstərici ilə “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edir.
Növbəti yerlərdə 1 671 137 065 manatla “AzFinance İnvestisiya Şirkəti” QSC, 1 410 818 687 manatla “İnvest-AZ İnvestisiya Şirkəti”, 1 079 455 204 manatla “Unicapital İnvestisiya Şirkəti” QSC, 1 070 031 970 manatla “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, 204 437 293 manatla “PSG Kapital İnvestisiya Şirkəti” QSC və 80 397 828 manatla “BTB Kapital İnvestisiya Şirkəti” QSC qərarlaşıb.
№ İnvestisiya şirkətləri Əməliyyatların həcmi, AZN 1 Paşa Kapital 4 548 812 213 2 AzFinance 1 671 137 065 3 İnvest-Az 1 410 818 687 4 Unicapital 1 079 455 204 5 Xalq Kapital 1 070 031 970 6 PSG Kapital 204 437 293 7 BTB Kapital 80 397 828 8 Kapital Menecment – Qeyd edək ki, “İnvest-Az İnvestisiya Şirkəti” törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.