“Apple” in həmtəsisçisi hər kəsi “Facebook” dan imtina etməyə çağırır

“Apple” in həmtəsisçisi Steve Wozniak hər kəsə “Facebook” dan imtina etməyi məsləhət görür, bunun əsas səbəbi isə istifadəçi məlumatlarının gizliliyi məsələsidir.
Onun sözlərinə görə, bəzi insanlar “Facebook” un onlara verdiyi imtiyazların qarşılığında məxfiliyin itirilməsindən qorxmur.
“Mənim kimi insanlara tək məsləhətim odur ki, Facebook-dan qurtulmağın yolunu tapmaq lazımdır”.
Wozniak böyük texnologiya şirkətlərinin istifadəçilərin gizliliyini işğal etdiyindən narahatdır.
“İndi onlar lazerlə ürək atışınızı ölçə, müxtəlif cihazların köməyi ilə dinləyə bilərlər.
Kim bilir, bəlkə telefonum indi də dinlənilir “.
“Ona görə də çox narahatam, çünki hər birimizin gizli hesab etdiyimiz söhbətlərimiz var”.
Mütəxəssis əlavə olaraq bildirib ki, o, məlumatlarının gizliliyini qorumaq üçün müəyyən məbləğdə pul ödəməyə hazırdır.
Xatırladaq ki, ötən ildə “Facebook” ilə “Cambridge Analytica” arasında qalmaqal yaranmışdır.
Əsas səbəb isə sosial şəbəkənin 50 milyon istifadəçinin məlumatlarından istifadə etməsi olmuşdur.
2018-ci ilin noyabr ayında Wozniak bildirib ki, “Facebook” insanlara məlumatların istifadəsi üçün daha çox imkanlar verməli, şəffaf rəqabəti təmin etməlidir.