“Twitter” sosial şəbəkəsinin işində problem yaranıb

Bir sıra ölkələrdə “Twitter” sosial şəbəkəsinin işində problemlər müşahidə olunub.
Bu barədə populyar internet resurslarda problemləri izləyən “Downdetector” portalı xəbər verir.
Portalın məlumatına əsasən, problemlər saat 22:46-da başlayıb.
Texniki qüsurlar əsasən ABŞ, Braziliya, Yaponiya və bir sıra Avropa ölkəsində qeydə alınıb.
Bildirilir ki, istifadəçilərin şikayətlərinin 53 faizi saytın işində problemlərlə, 28 faizi sosial şəbəkənin “iPhone” və “iPad” qurğuları üçün mobil tətbiqində problemlərlə, 17 faizi isə “Android” qurğuları üçün mobil tətbiqində problemlərlə üzləşiblər.