“Karem Aircraft” aerotaksilərin hazırlanmasına 25 milyon dollar cəlb edib

“Uber” özünün uçan taksilərinin sınağına 2020-ci ildə başlamağı planlaşdırır.
Amerikanın təyyarə istehsalçısı Karem Aircraft səhmdarlar qrupundan 25 milyon dollar cəlb edib.
TechCrunch yazır ki, A raunduna Çindən olan konqlomerat Hanwa Systems başçılıq edib.
“Karem Aircraft” cəlb edilən vəsaiti yeni bölmənin inşasına ayırmağı düşünür.
O, əsasında “Butterfly” layihəsi dayanmaqla, vertikal uçuş və eniş  həyat keçirən aerotaksilərin hazırlanması işi ilə məşğul olacaq.
Tərəfdaşlar belə hesab edirlər ki, səhmlər “Butterfly”ı yaxın gələcəkdə bazara çıxara biləcəklər.
“Uber” 2018-ci ildə Karem Aircraft-la əməkdaşlıqla bağlı danışıqlara başlayıb.
Şirkət aerotaksilərin sınağına 2020-ci ildə başlamaq istəyir.
2023-cü ildə isə Los-Angeles, Dallas və həmçinin, Melbrunda kommersiya daşımaları həyata keçirəcək.
“Karem Aircraft” hərbçilər və özəl şirkətlər üçün pilotlu təyyarələr və pilotsuzlar işləyib hazırlayır.
Şirkətin əsası 2004-cü ildə Kaliforniyada qoyulub.