400 ton kartof və kivi İrana və Gürcüstana geri qaytarıldı

“Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bir il müddətində karantin tətbiq edilən zərərli orqanizmlərin təhlükəliliyi nəzərə alınaraq 400 ton kartof və kivi məhsulu İrana və Gürcüstana geri qaytarılıb”.
Bunu AQTA sədri Qoşqar Təhməzli qurumun səlahiyyətlərinin icrasına başlamasının bir ilinə həsr olunan mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, həmçinin aşkar olunan karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq 255,9 ton məhsul məhv edilib, 390 nəqliyyat vasitəsi, habelə 838,092 ton və 187164 m3 məhsul müxtəlif üsullarla zərəsizləşdirilib”.