XARİCİ TƏCHİZAT ÜZRƏ MÜTƏXƏSSİS

900 - 1400 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 20 - 30 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən aşağı
Əlaqədar şəxs Günəş Babayeva
Telefon (012) 430-88-63
E-mail hr@melissagroup.az
Elanın tarixi 23-10-2023
Bitmə tarixi 23-11-2023
İş barədə məlumat

- Təchizat proseslərinin hazırlanması, yerinə yetirilməsi və icra olunmasının idarə edilməsi
- Satınalma və təchizatla bağlı xarici şirkətlərlə rəsmi danışıqların aparılması, iqtisadi əlaqələrin yaradılması, partnyorların cəlb olunması
- Potensial təchizatçıların və xidmət təminatçılarının məlumat bazasının yaradılması, təchizatçı sorğuları əsasında müntəzəm şəkildə yenilənməsi
- Təchizatçıların və xidmət təminatçılarının texniki və maliyyə təhlili üzrə müqayisəsinin aparılması, müqayisəni göstərən sənədin yaradılması və təchizatçıları texniki və maliyyə ballarına görə dərəcələrə bölünməsi
- Əsas təchizatçılarla effektiv əlaqələrin və tərəfdaşlığın inkişaf etdirilməsi və idarə edilməsi
- Satınalma və təchizat strategiyasının hazırlanması, inkişafı, idarə edilməsi və həyata keçirilməsi
- İllik satınalma planının hazırlanması;
- Satınalmalar üzrə sənədləşdirmə işlərinin aparılması
- Satınalma risklərinin idarəedilməsi, qiymətləndirilməsi və azaldılması
- Şöbələrdən gələn satınalma və ya təchizat tələblərinin nəzərdən keçirilməsi, analiz olunması, satınalma sifarişlərinin hazırlanılması, müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edilməsi
- Yerli və xarici bazarın araşdırılması, qiymət və çeşid üzrə müxtəlif variantların təqdim edilməsi, bençmarkinq, eyni zamanda qiymətlərin optimallaşdırılmasının həlli yollarının təqdim edilməsi
- Məhsulların, avadanlıqların, onların hissələrinin vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi
- Qəbul olunmuş məhsullarda, avadanlıqlarda, onların hissələrində aşkar olunmuş qüsurlar barədə təchizatçının məlumatlandırılması, zəmanət işləri üzrə danışıqların aparılması
- Şirkətin yerli və xarici tədbirlərdə, görüşlərdə təmsil olunması
- Alınmış mallar və görülmüş işlər barədə hesabatların hazırlanması

Əlavə məlumat:
- Əməkhaqqı: namizədin bilik və bacarıqlarına görə müəyyən edilir
- İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur

CV-lərinizi [email protected] ünvanına "xarici təchizatçı" başlığı ilə göndərməyiniz və ya https://melissagroup.az/vakansiyalar bölməsindən müraciət etməyiniz xahiş olunur

Namizədə tələblər

- Müvafiq məhsulların satınalınması sahəsində iş təcrübəsi olanlara üstünlük verilir
- Azərbaycan, rus və ingilis dillərində mükəmməl səviyyədə şifahi və yazılı ünsiyyət qurma bacarığı
- Ali təhsil
- Planlama, analiz və idarəetmə bacarığı
- MS Office (MS Word, MS Excel, MS PowerPoint) üzrə mükəmməl biliyin olması
- Xarici ölkələrə ezamiyyələrə hazır olması

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.