TOPOQRAF

1200 ₼

Əlaqə Məlumatları
Şəhər
Yaş 30 - 50 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Aydan xanım
Telefon (012) 310-11-77
E-mail hr@brpg.az
Elanın tarixi 05-01-2023
Bitmə tarixi 05-02-2023
İş barədə məlumat

- Müxtəlif miqyaslı xəritələrin tərtib edilməsi, topoqrafiq və xüsusi xəritələrin (planların) hazırlanması, xəritə və sənədlərin sürətlərinin çıxarılması, çoxaldılmasının yerinə yetirilməsi
- Kartoqrafiq işlərin dəqiqliklərini nizamlayan normativ sənədlərin və başqa normativ standartlar fondunun tətbiqi üzrə işlərin yerinə yetirilməsi
- Xəritələrin tətbiqində və onların hazırlanmasında planın yerinə yetirilməsi haqqında məlumatların toplanması və səhmana salınması, vacibliyi lazım olan avadanlıqların qeydiyyatının aparılması
- Xüsusi, dəqiq geodeziya avadanlıqları ilə çöl və kameral geodeziya işlərinin icrası, qravimetrik işlərin yerinə yetirilməsi
- Xüsusi ölçmə işlərinin qurulması
- Torpaq analizi üçün torpaq nümunələrinin götürülməsi
- Torpaq nümunələrinin “Mobi lab” cihazı ilə təhlil edilməsi
- Topoqrafiya xəritəsinin (planının) müxtəlif üsullarla yaradılması, çöl və kameral topoqrafiq planlama işlərinin aparılması
- Ərazidə topoqrafiya və geodeziya işlərinin aparılmasına bələdçilik etmək
- İş saatı 09:00-dan -17:00-dək, bazar günü istirahət
Yaşayış yeri və nahar yeməyi şirkət tərəfindən qarşılanır

Namizədə tələblər

- Kənd təsərrüfatı, torpaq məcəlləsi və ətraf mühitin mühafizəsi sahələrində yerli qanunvericilik aktları, qərarları, sərəncamları və digər normativ aktlar, hüquqi sənədlər, standartlar barədə biliyə malik olması
- Topoqrafiq cihaz və alətlərdən inamlı istifadə
Proqramları, xüsusilə topoqrafik məsələlərlə əlaqədar ixtisaslaşmış proqramları dərindən bilmək
- GPS-GNSS və digər topoqrafik cihaz və avadanlıqları ilə işləmək və çəkiliş bacarıqlarının olması
Elektron taxeometri və yeraltı kommunikasiyaların yerləşdiyi yeri və dərinliyi müəyyənləşdirmək üçün cihaz və digər vasitələrlə işləmək bacarığı
- İlkin sahə (tarla) məlumatlarının / göstəricilərinin işlənməsi bacarıqları

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.