TOPOQRAF

1200 - 1400 ₼

Əlaqə Məlumatları
Şəhər Xaçmaz
Yaş 25 - 65 yaş
Təhsil Ali
İş təcrübəsi 3 ildən 5 ilə qədər
Əlaqədar şəxs Fuad İsmayılov
Telefon (012) 511-13-10
E-mail hr@asinshaat.az
Elanın tarixi 15-09-2021
Bitmə tarixi 15-10-2021
İş barədə məlumat

- Topoqrafik xəritələrin və planların müxtəlif metodlarla yaradılması və təzələnməsi, topoqrafik çəkilişlərlə bağlı işlərin icrası
- Aparılmış ölçmələrin nəticəsində əldə olunan məlumatların emalı və nəticələrinin tətbiq edilməsi
- Muasir elektron hesablama texnikası vasitəsilə zəruri texniki-iqtisadi hesablamaların aparılması
- Təlimat və normalarla tənzimlənmiş topoqrafik işlərin yerinə yetirilməsi
- Texniki tapşırıqlara, qüvvədə olan standartlara və normativ-texniki sənədlərin tələblərinə uyğunluğunun təmin edilməsi ilə çətin olmayan layihələrin və sadə sxemlərin hazırlanmasında iştirak etmək
- Texnoloji avadanlıqların müəyyən olunmuş ölçmə dəqiqliyi barədə normalara uyğunluğunun yoxlanılması, xüsusi ölçmələrin yerinə yetirilməsi
- Topoqrafik-geodezi avadanlıqlarına və cihazlarına olan tələbatın müəyyənləşdirilməsində və onların əldə olunmasına dair sifarişlərin tərtib olunmasında iştirak etmək
- Ölçmə vasitələrinin və icra olunmuş işlərin həcmləri barədə operativ qeydlər aparmaq
- Plan və hesabat sənədləşməsinin rəsmiləşdirilməsi üçün texniki işlərin yerinə yetirilməsi
- İcra etdiyi işlər barəsində daxil olan sənədləşməni qəbul etmək, qeydiyyatını aparmaq və onların qorunmasını təmin etmək
- Topoqrafik və geodezi ölçmələrə aid olan sənədləşmənin qəbul olunmasını və qorunmasını təmin etmək
- Topoqrafik və geodezi sahədə görülmüş işlərə dair hesabatlarının tərtib olunması üçün zəruri məlumat bazasının hazırlanması və sistemləşdirilməsi
- Sənədlərin icra müddətlərinin qeyd olunması və onların vaxtında yerinə yetirilməsini təmin etmək
- Topoqrafik işlərin aparılmasını tənzimləyən normativ-texniki sənədlərin tələblərinin yerinə yetirilməsinin, rəhbərlik və sifarişçi tərəfindən nəzarətin aparılmasının təmin olunması
- İş rejimi barədə məlumat
- Altı günlük iş həftəsi
- İşçi qalmaq üçün evlə və qidalanma ilə təmin edilir

Namizədə tələblər

- Ali texniki təhsil (mülki tikinti, inşaat mühəndisliyi,inşaat və Geodeziya, Xəritəçilik )
- Mühəndis-tədqiqat işlərinin topoqrafik təminatı sahəsində normativ və tənzimləyici sənədləri, metodik materialları
- Geodeziya işlərinin aparılması sahəsində texniki reqlamentləri, standartları və normativ-texniki sənədlərin tələblərini
- Geodeziya ölçmələr aparan texniki vasitələrin istismarına, təmirinə, yoxlanılmasına və saxlanmasına dair normatıv-texniki sənədləri
- Ölçmə vasitələrinin texniki xüsusiyətlərini, konstruktiv özəlliklərini, təyinatını, tətbiq etmə prinsiplərini və onların təmir texnologiyasını
- Texniki sənədləşmənin tərtib edilmə qaydalarını
- Topoqrafık-geodeziya materiallarının qeydiyyata alma və saxlanma qaydalarını

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.