TİKİNTİ XƏRCLƏRİ ÜZRƏ APARICI NƏZARƏTÇİ

100 - 300 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 50 yaş
Təhsil Ali
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs RTZ MMC
Telefon (012) 504-60-61
E-mail projects@rtz-az.com
Elanın tarixi 25-05-2022
Bitmə tarixi 25-06-2022
İş barədə məlumat

- Layihə qiymətlərinin və Müqavilə dəyərlərinin ümumi təhlili, ciddi kənarlaşmaların aşkar edilməsi
- Layihənin təhlil edilməsi, layihədə nəzərdə tutulmayan zəruri işlərin, iş mərhələlərinin, çatışmayan qurğu və avadanlıqların aşkarlanması və layihəyə əlavə edilməsi üçün rəhbərlik üçün təklifin hazırlanması
- Sifarişçinin tələblərinə və layihə üzrə görülmüş işlərə uyğun olaraq Forma 2 və Forma 3 hesabatlarının hazırlanması
- Layihə üzrə iş mərhələlərinin icra edilməsi zamanı sahə mühəndisləri ilə birgə çalışılması
- Material sifarişlərinin layihəyə uyğunluğunun yoxlanılması və bu işə ümumi nəzarətin həyata keçirilməsi
- Layihənin tələblərinə uyğun olaraq, icra olunmuş işlərin ölçülməsi və təhlil edilməsi
- Layihənin tələblərinə uyğun olaraq, tender/sorğu sənədlərində qeyd edilən iş həcmlərinin yoxlanılması
- Podratçıların təqdim etdiyi ehtimal olunan qiymətlərin yoxlanılması və təhlili
- İddiaların təhlili, əsas səbəblərinin araşdırılması və hesabatların rəhbərliyə təqdim edilməsi
- Layihənin tələblərinə uyğun olaraq, ilkin, aralıq və yekun ödəniş sənədlərinin, dəyişiklik ediləsi sənədlərin və cari hesabatların rəhbərliyə hazırlanıb, təqdim edilməsi, birgə yoxlanılması
- Podratçılar tərəfindən hazırlanmış maliyyə nəzarəti hesabatlarının yoxlanılması
- Mühəndisi dəyərləndirmə zamanı layihə komandası ilə bərabər zəruri olan işlərin icrası
- Tender/sorğu öncəsi ehtimal dəyərlərin hesablanması və ya hazırlanması
- Tender/sorğu zamanı maliyyə təkliflərinin yoxlanılması, təhlillərin aparılması, yekun hesabatların hazırlanması
- Maliyyə planlarının qaydalar uyğun olaraq hazırlanması və mərhələli yenilənməsi
- Layihənin icra edilməsi zamanı işin sürətləndirilməsi, keyfiyyət, seçim və digər bu kimi məsələrdə öz ideya və fikirləri ilə rəhbərlik qarşısında təkliflərlə çıxış etməsi
- Layihələrin icra edildiyi inşaat-təmir işlərinin gündəlik yerində yoxlanılması
- İş qrafiki: I-VI günlər, 10:00-dan 18:00-dək
- Əmək haqqı: Müsabiqə əsasında müəyyən edilir

Namizədə tələblər

- Ali təhsil: “İnşaat mühəndisi” ixtisası üzrə
- İş təcrübəsi: Dövlət tikinti layihələrində və ya oxşar özəl layihələrdə minimum 5 il iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan dili səlis, Rus və İngilis dilləri arzuediləndir
- Kompüter bacarıqları: Microsoft, Autocad

Qeyd:
Maraqlı şəxslər öz CV-lərini sayt yazmaq olmaz! email ünvanına göndərə bilər.

Seçim yalnız göndərilən cv`lər əsasında olacaq.

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2022 года.