TİKİNTİ ÜZRƏ MÜHƏNDİS

600 - 1000 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 25 - 45 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs "AR GROUP İNŞAAT" MMC
Telefon (012) 464-88-92
E-mail info@argroupinshaat.com
Elanın tarixi 05-10-2021
Bitmə tarixi 05-11-2021
İş barədə məlumat

- Tikinti işlərinə nəzarət etmək
- İş qrafikini izləmək, yarana biləcək gecikmələrlə bağlı rəhbərliyə məlumat vermək və müvafiq tədbirləri görmək
- Gündəlik sahə inspeksiyası etmək
- Görülən işlərin keyfiyyətinə nəzarət etmək
- Görülən işlərin həcmini yoxlamaq
- Podratçılarla görüşlər keçirmək
- Sahədə istifadə olunan materialların uyğunluq sertifikatlarını yoxlamaq
- Podratçı tərəfindən təqdim edilmiş tikinti layihəsinin spesifikasiyasına, işin əhatə dairəsinə və təsdiq edilmiş layihə cədvəlinə uyğunluğuna nəzarət etmək. Binanın istismara verilməsi ilə bağlı işin həyata keçirilməsinə nəzarət edib rəhbərliyi mütəmadi məlumatlandırmaq.
- Yeni inşa olunacaq binalar üçün dövlət qurumlarına icazə məktublarını yazmaq.
- Tikinti iş qrafikləri və tikinti materaillarının çatdırılma ardıcıllığı, anbarlaşdırılması və düzgünlüyünə nəzarət etmək
- İşin təkmilləşdirilməsi üçün risklər və imkanlar barədə məlumatları vaxtında yuxarı rəhbərliyə çatdırmaq
- Tikinti məhsuldarlığını və işlərin planlaşdırılmasını izləmək, gecikən işlərin səbəblərini araşdırıb rəhbərliyə məlumat vermək
- Qüsur/əskiklərlə bağlı siyahı hazırlamaqla binaların təslim edilmə proseslərində iştirak etmək və qüsur/əskiklərin aradan qaldırılması prosesində iştirak etmək
- Avadanlıqların quraşdırılma prosesinə nəzarət etmək
- Ətraf mühit, sağlamlıq və təhlükəsizlik qaydalarına riayət etmək.
- Tələb olunan vəzifələri yerinə yetirmək
- İş saatı: I-VI günlər
- Saat: 09:00-dan 18:00-dək

Namizədə tələblər

-Tikinti mühəndisliyi üzrə 1 ildən 3 ilədək iş təcrübəsi.
- Müvafiq sahə üzrə bakalavr dərəcəsi və ya ekvivalenti.
- Sahibkarlıq yanaşması ilə yüksək motivasiyaya sahib olmaq.
- Bütün fərdlər və şəxslərlə açıq ünsiyyət qurma və işləmək bacarığı. Gülərüz, həvəsli və nəcib xüsusiyyətlərə malik olmaq.

Bacarıqlar

- Layihələri oxuma bacarığı.
-Smeta və F2 tərtib etmək bacarığı.
- Problemləri həll etmə bacarığı.
- Düzgün iş prosesini inkişaf etdirmə bacarığı.
- Şəxslərarası mükəmməl ünsiyyət və analitik bacarıqlara malik olmaq.
- Davamlı ünsiyyət və münaqişələrin həll edilməsi bacarığı.
- Mükəmməl təqdimat bacarığı.
- Başqaları ilə bacarıq və bilikləri bölüşmək qabiliyyəti.
- Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları.
- Vaxtını düzgün təşkil edə bilmə bacarığı.
- Microsoft Office (Word, Excel, Outlook, PowerPoint), həmçinin CAD software (AutoCAD) kimi kompüter və şirkətin kommunikasiya vasitələrini istifadə edərək, öz səriştəsini nümayiş etdirmək.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.