İş barədə məlumatVəzifə öhdəlikləri:
- Gündəlik tibbi müəssisələr və digər potensial müştərilərin ziyarət edilməsi, yeni müştərilərin cəlb edilməsi
- Tibbi avadanlıqların və tibbi preparatların tanıdılması, təklif olunan məhsul barədə ətraflı məlumat verilməsi, təlabat yaradılması və satışının təşkil edilməsi
- Bazar araşdırılmasının aparılması, məhsul və müştəri ilə bağlı satış məlumatlarının analizi
- Korporativ müştərilərlə işgüzar əlaqələrin qurulması, möhkəmləndirilməsi
- Təbliğat və maarifləndirmə kompaniyalarının təşkil edilməsi
- Şirkətin satış strategiyasına uyğun olaraq satış və müştəri bazasının formalaşdırılması və idarə edilməsi
- Gündəlik, həftəlik, aylıq və illk hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması
İş şəraiti:
- İş yeri - Begoc Biznes Mərkəzi (Ünvan: Bakı şəh., Zərifə Əliyeva küç., 93);
5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan-18:00-dək
- Nahar şirkət tərəfindən təmin olunur
- Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarığına uyğun olaraq müəyyən edilir
Müvafiq tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron ünvanına göndərməyiniz və “subject” (mövzu) hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur
Namizədə tələblər
Ümumi tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- Minimum 2 il iş təcrübəsi
- MS Office (MS Excel, MS Word, MS Outlook), 1C proqramlarından sərbəst istifadə qabiliyyəti
- Azərbaycan dili, Rus dili səlis