TEXNOLOQ

900 - 1000 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 30 - 45 yaş
Təhsil Ali
İş təcrübəsi 5 ildən artıq
Əlaqədar şəxs RICH MEDICAL MMC
Telefon
E-mail hr@richmedical.az
Elanın tarixi 04-05-2021
Bitmə tarixi 04-06-2021
İş barədə məlumat

Tibbi məhsulların istehsalı sahəsində fəaliyyətə başlayan RICH MEDICAL MMC Texnoloq vakansiyası üçün namizəd axtarışındadır:

- İstehsal prosesində təhlükəsizlik qaydalarının riayət olunmasına birbaşa nəzarət etmək
- Yeni məhsulun istehsalı üçün reseptləri hazırlamaq, hazır reseptlərin üzərində işləyib məhsulun keyfiyyətini artırmaq
- Məhsulla bağlı hər hansı problem yarandıqda onu sərbəst şəkildə aradan qaldırmaq
- İstehsal proseslərinin və istehsal rejiminin tənzimlənməsi üçün texniki sənədlərin təhlilini və orada dəyişiklərin aparılmasını təmin etmək
- Məhsulların istehsalı zamanı onun xüsusiyyət ilə istehsal olunan malların keyfiyyətinə daim nəzarət etmək
- Yeni xammal və materialların keyfiyyəti və uyğunluğuna nəzarət etmək və onu istehsala tətbiq etmək
- İstehsal olunan məhsulların tətbiq olunan standartlara cavab verməyinə nəzarət etmək
- İstehsalda texnoloji hazırlığının mövcud və gələcək planların həyata keçirmək, texnoloji proseslərə ciddi riayət etmək, texnoloji intizam pozuntularını aşkar edilməsinə və onları aradan qaldırılması üçün tədbirlər görmək
- Şöbənin işçilərinə nəzarət etmək, texnoloji hazırlığı təmin edən bölmələrin fəaliyyətini koordinasiya etmək və idarə etmək, işçilərin peşəkar bacarıqlarını inkişafı üzrə tədbirlər görmək
- Hazır məhsulun keyfiyyətinə nəzrət etmək

- İş qrafiki: həftədə 6 gün 09:00-dan 18:00-dək
- Əmək haqqı: 900-1000 AZN
- Nahar şirkət tərəfindən qarşılanır
- Nəqliyyat şirkət tərəfindən təmin olunur

Namizədə tələblər

- Ali texniki təhsil
- Müvafiq sahədə ən azı 5 il ərzində mühəndislik və texniki və idarəetmə vəzifələrində iş təcrübəsi
- Tibbi məhsulların istehsalı sahəsində təcrübəyə malik olmaq
- Müəssisənin istehsal texnologiyası (cihazlar, avadanlıqlar) ilə iş biliyi və təcrübəsi
- İstehsalat-texnoloji normativ sənədlərin hazırlanması və icrası üçün qaydalar, təlimatlar və göstərişlərini bilməli
- Kompüter bilikləri (MS Office)
- Dəqiq, nizam-intizamlı, məsuliyyətli olmalı, prosessləri izləmə bacarığı
- Liderlik və kollektivlə işləmə bacarığı
- Operativ, gördüyü işə cavabdehlik
- Yaş həddi: 30-45 arası

Qeyd: Namizədlərdən öz CV-lərini müraciət edilən vakansiya adı qeyd olunmaqla sayt yazmaq olmaz! elektron ünvanına göndərmələri xahiş olunur.

*Vakansiya adı qeyd olunmayan CV-lərə baxılmayacaq.

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.