TEXNİK (SUMQAYIT)

500 - 600 ₼

Əlaqə Məlumatları
Şəhər Sumqayıt
Yaş 25 - 30 yaş
Təhsil Orta texniki
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs İR menecer
Telefon (055) 500-40-70
E-mail hr@butagroup.com
Elanın tarixi 06-02-2023
Bitmə tarixi 06-03-2023
İş barədə məlumat

- Təcili olaraq aşağıdakı şərtlər üzrə “Texnik”(Sumqayıt) tələb olunur
- Vakansiya haqqında
- İş yeri: Sumqayıt şəhəri, Pirəkəşkül kəndi, İstixana Kompleksi
- İş saatı : Həftədə 6 gün həftəlik 40 saat olmaqla
- İşə başlama tarixi: Təcili
Əmək haqqı: Müsahibə əsasında təyin olunacaq

Müraciət qaydası
Zəhmət olmasa CV-lərinizi [email protected] e-mail adresinə göndərin

CV-ləri göndərərkən başlıq yerinə “Texnik (Sumqayıt)” qeyd etməyi unutmayın

Namizədə tələblər

Vəzifə öhdəlikləri:
- İstixanada olan qurğuların, avadanlıqların, mexanizmlərin texniki vəziyyətinin daim yoxlanmasında və aşkar olunan nasazlıqların operativ surətdə aradan qaldırılmasında iştirak edir
- İstixana ərazisində, nasosxanada, çən parklarında, qazanxanada, kompressor otağı və digər mexaniki qurğu və avadanlıqların normal və təhlükəsiz işləməsini təmin edir
- Avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarını və etibarlı işini, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasını təmin edir
- Təmirin keyfiyyətlə və vaxtında yerinə yetirilməsinə, qurğuların texniki vəziyyətinə nəzarət edir
- Qaz təhlükəli yerlərdə: nasosxanalarda, qazanxanda və hündürlük işlərinin yerinə yetirilməsinə bilavasitə nəzarət edir
- Avadanlıqların və qurğuların təmirində, qulluq edilməsində istifadə olunan ehtiyat hissələrinin və mal/materialın təyinatı üzrə sərf olunmasına, onların saxlanılmasına nəzarət edir
- Təmir və montaj işlərinin görülməsi üçün istifadə edilən alət və vasitələrin saz vəziyyətdə saxlanılmasını təmin edir
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayət edir
- Xidmət edilən qurğunun prinsipial texnoloji sistemini və kommunikasiyaların sxeminin qorunub saxlanmasını təmin edir
- Avadanlıqların texniki xarakteristikasına, konstruktiv xüsusiyyətlərinə, iş rejiminə, onların istismar qaydalarına uyğun istifadəsini təşkil və təmin edir
- Rəhbərlik tərəfindən vəzifə öhdəlikləri ilə bağlı digər tapşırıqları yerinə yetirir

Təhsil və iş təcrübəsi:
- Orta və ya orta ixtisas təhsil
- Minimum 2 il Texnik vəzifəsi üzrə təcrübə (İstixana üzrə iş təcrübəsi olmağı üstünlükdür)
Bacarıq və səriştələr:
- İstixana avadanlıqları ilə işləmə bacarığı
- Komandada işləmək bacarığı
- Məsuliyyətlilik

Təminatlar:
- Nəqliyyatla təmin edilir.
Bilməlidir:
- İstixana avadanlıqları ilə işləməyi
- Texniki xidmət ilə bağlı daxili nizam-intizam qaydalarını
- Əməyin mühafizəsinin, texniki təhlükəsizliyinin, istehsalat sanitariyasının, mülki müdafiənin norma və qaydalarını, qəza halları zamanı fəaliyyətlərini

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.