TENDER ÜZRƏ MÜTƏXƏSSİS

1500 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 24 - 35 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs SINAM
Telefon (012) 510-11-00
E-mail hr@sinam.net
Elanın tarixi 31-01-2024
Bitmə tarixi 02-03-2024
İş barədə məlumat

- Yerli və xarici dövlət və kommersiya təşkilatları tərəfindən kütləvi informasiya vasitələrində, satınalmalar portalında (https://www.etender.gov.az, bundan sonra “Portal” adlanacaq), korporativ və digər məlumat xarakterli saytlarda və s.) elan edilmiş və şirkətin profilinə uyğun (İKT sahəsi) olan tender elanlarının izlənməsi, şirkətin profilinə uyğun münasib tenderlər haqqında məlumatların əldə edilməsi və maraqlı və qərar qəbul edən tərəflərə çatdırılması
- Münasib tenderlər haqqında məlumatların yığcam şəkildə maraqlı və qərar qəbul edən şəxslərin diqqətinə çatdırılması
- Tenderdə iştirak haqqında ilkin qərar qəbul edildikdən sonra tender sənədlərinin (əsasən tenderin əsas şərtlər toplusunun) əldə olunması üçün ərizə və/və ya müraciətlərin hazırlanması
- Tenderin əsas şərtlər toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçıların ixtisasına və maliyyə imkanlarına qoyulan tələblərə cavab verib-verməməsi və bunun nəticəsi olaraq baxılan tenderdə şirkətin iştirak imkanları haqqında ilkin analizin nəticələri haqqında rəhbərliyin məlumatlandırılması
- Tender üzrə texniki tələblərin tələblər üzrə ilkin analiz üçün vaxt müddəti göstərilməklə həmin tenderin predmetinə aidiyyatı olan şöbə rəhbərlərinə göndərilməsi
- Tenderdə iştirak haqqında son qərar qəbul olunduqdan sonra texniki tələblərə cavabların hazırlanması üçün “texniki tələblərə cavablar üçün şablon”un hazırlanması və texniki tələblərə cavabların hazırlanması üçün son müddət göstərilməklə aidiyyatı olan şöbə rəhbərlərinə göndərilməsi
- Texniki tələblərə cavabların hazırlanması prosesində tələblər üzrə tələbləri cavablandırmağa cəlb olunmuş şöbələr (şəxslər) tərəfindən Sifarişçiyə imzalanmış sualların toplanaraq vaxtaşırı olaraq portala yerləşdirilməsi və/və ya tender keçirənin tender üzrə məsul şəxsinə göndərilməsi və tender keçirən tərəfindən həmin suallara cavabların vaxtında verilməsinə nəzarət olunması
- Satınalmalar portalında şirkətin iştirak etdiyi tenderlər üzrə məlumatların müntəzəm olaraq (gündəlik əsasda) izlənməsi və məlumat olduğu halda şöbə rəhbərinə çatdırılması
- İştirakçıların ixtisas və maliyyə göstəricilərinə qoyulmuş tələblər nəzərə alınmaqla müvafiq hüquqi, maliyyə, texniki və digər tələb olunan sənədlərin hazırlanması və əsas şərtlər toplusunda tələb olunan müddət ərzində Portala qoyulması və/və ya tender keçirənə göndərilməsi
- Tender təklifinin bank zəmanətinin alınması üçün lazım olan sənədlərin hazırlanıb müvafiq banka göndərilməsinin təmin edilməsi
- Texniki və maliyyə təkliflərinin hazırlanması üçün tələb olunan formaların (şablonların) hazırlanması və aidiyyatı olan şöbə rəhbərlərinə göndərilməsi
- Tender təklifinin və bank zəmanətinin əsas şərtlər toplusunda göstərilmiş müddət ərzində tender keçirənin tender Komissiyasına çatdırılmasının təmin olunması, təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində tender komissiyasından daxil olan suallara cavabların vaxtlı-vaxtında hazırlanaraq tender komissiyasına göndərilməsinin təmin olunması
- Beynəlxalq şirkətlər, partnyorlar və müştərilərlə müntəzəm yazışmaların aparılması və uzunmüddətli əlaqələrin yaradılması
- Tam iş günü, iş qrafiki I-V günlər

Namizədə tələblər

- Texniki fənlər üzrə ali təhsili olmalıdır (İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sahəsi üzrə təhsilə üstünlük verilir)
- İKT sahəsi və İT məhsullar üzrə ümumi bilikləri olmalıdır
- İKT sahəsində satınalmalar üzrə mütəxəssis kimi ən azı 2 il iş təcrübəsi olmalıdır
- Dövlət Satınalmaları haqqında AR Qanunu və tenderin keçirilməsi qaydaları üzrə bilikləri olmalıdır
- Xarici tenderlərin (Dünya Bankı, Asiya İnkişaf Bankı, BMT İnkişaf proqramı və s.) keçirilməsi prosedurları ilə tanışlıq üstünlük sayılır
- Azərbaycan və ingilis dillərini (yazılı və şifahi) yüksək səviyyədə bilməlidir, rus dilini də yaxşı bilməsi üstünlük sayılır
- Microsoft Ofis proqramlarını yaxşı səviyyədə bilməlidir
- Tender təkliflərinin hazırlanması qaydalarını bilməlidir
- Ünsiyyət və analitik düşünmə bacarığı olmalıdır
- Komandada işləmək bacarığı olmalıdır

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.