TELEMARKETİNQ XİDMƏTİ ŞÖBƏSİNİN SATIŞ ÜZRƏ MENECERİ

300 - 400 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 21 - 36 yaş
Təhsil Orta texniki
İş təcrübəsi 1 ildən aşağı
Əlaqədar şəxs Aygül Əliyeva
Telefon (012) 940
E-mail recruiting@ateshgah.com
Elanın tarixi 07-12-2021
Bitmə tarixi 07-01-2022
İş barədə məlumat

Əsas vəzifə öhdəlikləri
- Telefon vasitəsilə sığorta məhsullarının satışı
- On-layn alış və sorğuların cavablanması və monitorinqi
- Marketinq araşdırmaları məqsədi ilə zənglərin edilməsi
İş şərtləri
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 10:00-dan 17:30-dək
- Sabit əmək haqqı 350-400 AZN + rüblük motivasiya
Məlumatlandırıcı qeydlər
- CV formanızın Word və yaxud PDF formatında hazırlanması məqsədə uyğundur
- CV formasında əsas məlumatları lokanik və aydın qeyd edin
- Unutmayın ki, namizədliyinizin baxılmasında, CV formanız mühüm rol oynayır. Bu səbəbdən xahiş edirik nəzərə alasınız ki, CV forması Sizin ilkin təqdimatınızı edən bir müraciət vasitəsidir
- İlkin mərhələ üçün CV formasından əlavə digər sənədlərinizin sürətinin göndərilməsinə ehtiyac yoxdur

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] - mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Telemarketinq xidmətinin operatoru ” qeyd etmələri xahiş olunur.

“Atəşgah” S.Ş. şəffaf idarəçilik üslubunu tətbiq etməklə, əməkdaşların daimi rəyini öyrənib, qərarların qəbul edilməsində onların iştirakını təmin edir.
Sağlam həyat tərzinin təmin olunması üçün müasir idman zalı, bütün avadanlıqlarla təhciz olunmuş yemək zalında güzəştli şərtlərdə təşkil olunan nahar fasiləsi, kitabxana, istirahət otaqları, müxtəlif əyləncəli tədbirlər, intellektual oyun və viktorinalar iş gününü maraqlı və faydalı edir.
Ən vacibi isə hər bir əməkdaş davamlı inkişaf və karyera yüksəlişi məqsədilə daxili və xarici tədris prosesinə qoşulmaq imkanına malikdir.

Namizədə tələblər


«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.
Hörmətli namizəd!
İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Telemarketinq xidmətinin satış üzrə meneceri
Namizədə tələblər
- Yaş: 21-35
- Cins: Qadın
- Təhsil: Ali
- Dil bilikləri: Azərbaycan (əla), Rus dili(əla), ingilis dili (arzuolunan)
- Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər
- Ünsiyyət qurmaq bacarığı
- Yüksək nitq mədəniyyəti
- Yüksək təqdimat bacarığı
- Stressə davamlılıq və münaqişələri həll etmə bacarığı
- Yüksək səviyyədə nitq qabiliyyəti, özünütəqdimat bacarığı
- Səlis, aydın, əmin danışıq tərzi
- Satış bacarığı, təqdimat qabiliyyəti

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.