TELEMARKETİNQ ŞÖBƏSİNİN MÜTƏXƏSSİSİ

400 - 600 ₼

Əlaqə Məlumatları
Şəhər Bakı
Yaş 22 - 35 yaş
Təhsil Ali
İş təcrübəsi 1 ildən 3 ilə qədər
Əlaqədar şəxs Hüseynağa Əliyev
Telefon (010) 212-21-55
E-mail info@globalefc.az
Elanın tarixi 31-05-2024
Bitmə tarixi 01-07-2024
İş barədə məlumat

- Telefon vasitəsilə təqdim olunmuş baza əsasında potensial korporativ müştərilərin işçiləri ilə əlaqə saxlamaq və onlara telefon üzərindən satış həyata keçirmək
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək
- Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək
- Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək
- Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
- İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək
- Əmək müqaviləsi bağlanılır
- İş vaxtı 09:00-dan - 18:00-dək
- İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
- Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
- Şirkət tərəfindən görüşlər üçün sürücü və avtomobil təqdim olunur
- Əmək haqqı: 400-600 Azn

Namizədə tələblər

- İş təcrübəsi: müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
- Dil bilikləri: azərbaycan (əla), əlavə olaraq rus (əla) mütləqdir, ingilis dili (arzuolunandır)
- Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
- Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı

Salam! Bizi sosial şəbəkələr də izləyə bilərsiniz. Maarifləndirici videolar paylaşırıq.
İnstagram     Youtube    Tiktok

Работа в Баку. Jobsearch in Baku

Работа в Баку – Bakıda İş Elanları - самые свежие вакансии 2024 года.