İş barədə məlumatŞirkət: "Koroğlu" MMC, 1992 -ci ildə qurulan, Bakıda və Respublikanın bütün bölgələrində şirniyyat məhsulları satan bir distribyutor şirkətidir
Öhdəlikləri:
- Təftiş assistenti rayon bölgələrində (Quba,Zaqatalada,Bərdə) olan ofisdə bölgəyə aid sənədləşmə və maliyyə əməliyyatlarını icra etmək
- Şirkətin satış əməkdaşlarının iş fəaliyyətinə nəzarət və yoxlanılması
- Təftiş assistenti öhdəliklərini icra etmək və keyfiyyətli xidmətlər göstərilməsinə təminat vermək üçün uyğun qayda və prosedurların hazırlanması
- Risklərin qiymətləndirilməsi əsasında planının hazırlanması
- Risk qiymətləndirməsinin əsasında yoxlamaların icrası
- Təftiş yoxlamaları zamanı əldə edilmiş faktların rəsmiləşdirilməsi və vaxtlı-vaxtında rəhbərliyin diqqətinə çatdırılması
- Tövsiyələrin işlənib hazırlanması və əldə edilmiş faktların rəhbərlik ilə razılaşdırılması
- Bütün yoxlama hesabatlarının düzgün və effektiv şəkildə hazırlanması
- Rəhbərliyin tövsiyələrinə uyğun olaraq tədbirlər planının statusunun monitorinqi, təsdiqi və hesabatı
- Təsdiqlənmiş təftişlə bağlı prosedur qaydalara riayət edilməsinə nəzarət və tələb etmək
- Debitor borc qalıqlarının üzləşdirilməsi və hesabatların hazırlanıb rəhbərliyə təqdim edilməsi
- Prosedur pozuntuları zamanı əməkdaşlardan izahatlardan alınması və pozuntuların araşdırılması
- Əməkdaşlıq edilən şirkətlərə ödənişlərin borclara və satış şərtlərinə uyğun aparılmasının yoxlanılması
- Mütəmadi olaraq əməkdaşlıq edilən şirkətlərlə qarşılıqlı hesablaşmaların yoxlanması və aktlaşdırılması
- Şirkət tərəfindən işçilərə ayrılmış depozit və aylıq limitlərə nəzarət edilməsi
İş şəraiti:
- İş rejimi - 5 günlükdür
- İş saatı 08:00-dan-17:00-dək
- İstirahət vaxtı həftədə 2 gündür, şənbə və bazar günləri
- Təlim şirkət tərəfindən həyata keçirilir
- Sabit əmək haqqı (FİX) - 450 AZN +
(Bonus sisteminə əsasən 50 AZN əlavə əmək haqqı hesablanılır)
- Ödənişli məzüniyyat
- AR əmək məcəlləsinə uyğun sənədləşmə
- Karyera yüksəlişi imkanı mövcuddur
Maraqlananlardan öz CV lərinizi [email protected] email ünvanına və (+994) 055 511-14-58 nömrəsinə göndərmələri xahiş olunur
Göndərilən CV-lərdə mövzu adı yerində “ Təftiş assistenti” və bölgə yazılmalıdır
Namizədə tələblər
- Ali təhsil
- Cinsi – Kişi
- Təftiş, audit sahəsində ən azı 2 il iş təcrübəsi
- 28-60 yaş
- Microsoft Office proqramları (xüsusilə Excel)
- Azərbaycan dili
- Daxili audit prosesi üzrə bacarıqlar
- Müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı
- Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı
- Audit rəyləri hazırlama və yazma bacarığı
- Dürüstlük, məsuliyyətlilik, çeviklik