İş barədə məlumat- Şirkətimiz yerli və xarici müştərilərə hüquq xidmtləri göstərir
- Korporativ hüquq və məhkəmə sahəsində ixtisaslaşmaq arzusunda olan, praktiki biliklərini və peşəkar vərdişlərini artırmaqda maraqlı olan, öyrənməyə həvəsli, komandada işləmək bacarığı olan gənclər üçün “Təcrübəçi-hüquqşünas” vakansiyasını elan edirik
- Peşəkarların əhatəsində təcrübə keçmək və çalışmaq imkanı
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirərək karyera qurmaq imkanları
- Hüquqi sənədlərlə iş, mövcud baza ilə işləmək, bazanı təkmilləşdirmək
- Sənədlərin təhlili, hüquqi araşdırılması, müqavilələrin tərtibi, iddia ərizələrinin tərtib edilməsi və məhkəməyə təqdim edilməsi, normativ hüquqi sənədlərin ekspertizasında iştirak
- Görüş və təqdimatların təşkili, iştirak
- Müştərilər ilə yazışmalar, görüşlərdə iştirak
- İş rejimi: həftədə 5 gün, saat 09:00-dan - 18:00-dək
CV-lərinizi mövzu hissəsində “Təcrübəçi-hüquqşünas” qeyd etməklə [email protected], [email protected] ünvanlarına göndərməyiniz xahiş olunur
Namizədə tələblər
- Analitik düşünmə və problemləri həll etmə bacarığı
- Hüquqi nitq və yazışma qabiliyyəti
- İş təcrübəsi tələb olunmur
- Hüquqşünaslıq ixtisası üzrə ali təhsil (təhsil müəssisələrini yeni bitirənlər üçün)
- Azərbaycan dilini mükəmməl bilməli, rus və ingilis dili biliyi arzuolunandı
- Komandada işləmək bacarığı
- İşində fərqlənən namizədlərə yaxın gələcəkdə əmək haqqı artımı vəd olunur
- MS Office proqramlarından sərbəst istifadə etmək